Ötən gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək
olaraq Rustavi həbsxanası qarşısında keçirilən aksiyada bir nəfər
vəfat edib.
Həmin şəxsin Dmanisi rayon sakini, 60 yaşlı Cahandar Hüseynov
olduğu müəyyənləşib.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib. Təcili
tibbi yardım maşını C.Hüseynovu şəhər xəstəxanasına çatdıranda onun
öldüyü məlum olub.
Hadisə şahidlərinin sözlərinə görə, aksiya keçirilən ərazidə həkim
briqadası olmayıb və təcili tibbi yardım maşını hadisə yerinə çox
gec gəlib.
Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aksiya
təşkilatçılarından təcili tibbi yardım briqadasının cəlb olunması
ilə bağlı müraciət almayıblar.
Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq
aparılır.
Mənbə: report.az