Dəyirmanların bir hissəsi fəaliyyətini dayandırdı
Bu gün ölkəyə gətirilən buğdanın emalından əldə edilən un xaricdən gətirilən una nisbətən bahadır ki, bu da dəyirmanlara böyük yük yaradır. Bu barədə Report.ge-ə Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava məlumat verib.

"Mövsümün əvvəlində unun bir kisəsinin qiyməti 60 lari idisə, bu gün 70 lariyə qalxıb. Eyni zamanda bir ton buğdanın qiyməti 240 ABŞ dolları idisə, bu gün 350 dollara satılır.

Bu, Rusiyanın buğdaya üzən tarif tətbiq etməsi ilə bağlıdır. Hazırda buğdanın ixrac vergisi mövsümün əvvəlində 25 dollardan bir ton üçün 91 dollara qaldırılıb. Nəticədə unun bahalaşması yerli dəyirmanlara təzyiq göstərib. Bir ton buğdanın idxalına görə vergi 91 dollar, unun idxal vergisi isə sıfır olduğundan buğda və un idxalı bazarında balanssızlıq yaranıb.

Müvafiq olaraq, bu gün xaricdən gətirilən un 67-68 lari olduğu halda, yerli dəyirmanların istehsal etdiyi unun orta qiyməti 72 laridir. Ona görə də dəyirmanların istehsal etdiyi un nisbətən baha olduğu üçün xaricdən gətirilən unla rəqabət apara bilmir. Nəticədə dəyirmanların bir hissəsi artıq fəaliyyətini dayandırıb", -
deyə Levan Silagava bildirib.

Eyni zamanda, o, izah edib ki, fevralın 15-dən Rusiya kvota mexanizmini tətbiq edəcək, bu da ölkədən ixrac ediləcək buğdanın icazə verilən həcminin təxminən 9 milyon ton olacağını bildirir ki, bu da dünya bazarına növbəti ağır zərbə olacaq.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google