Bu gün, 24 fevral tarixində Marneuli bələdiyyəsinin Kürtlər
kəndində “kəndə dəstək proqramı” çərçivəsində görüş keçirildi.
Görüş çərçivəsində sakinlər küçə işıqlarının quraşdırılmasına qərar
verdilər.
Kənd sakinləri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər
ki, kənddə küçə işıqlarının olmadığı məhəllələr var. Ona görə də
kənd sakinləri bu işlərin sona çatması üçün küçə işıqlarının
quraşdırılmasını dəstəkləyiblər.
“Hökumət tərəfdən kəndlərə ayırılan proqramı biz
dəstəkləyirik. Həqiqətən dövlət tərifindən bu böyük işdir. Marnuli
rayonunda olan bütün kəndlərə hissə-hissə pul ayrılıb və işlər
görürlər. Ancaq bir xahişmiz var. Bu proqramın tam başa çatması
üçün bizə 30-40 ədəd işıq dirəkləri lazımdır. Cavan ailələr var.
Həmin ailələr təzə məhəllələrə köçüblər. Amma küçə işıqları yoxdur.
Küçələri qaranlıqdır. Rayon rəhbərliyi köməkdarlıq etsin ki, bu
küçə işıqları Kürtlər kəndində başa çatsın”, –
Kürtlər kənd sakini İlyas İlyasov dedi.
Kənd sakinləri onu da bildirilər ki, bəzi küçələrdə işıq dirəkləri
var. Həmin dirəklərə işıq lampalarının quraşdırılmasına ehdiyac
var.
“Bizim məhəlləmizdə 4 ədəd dirək basdırılıb. Amma küçə işıqları
yoxdur. Bəzi məhəllələrə küçə işıqları çəkildi. Amma bizim
məhəlləyə çəkilmədi, qaldı. Bizim də xahişimiz odur ki, 4 ədəd
dirəyə küçə işıqları quraşdırılsın. Bizə dirək lazım deyil,
dirəklər var. Sadəcə işıq lampaları lazımdır”, –
Abdulla Şərəfov dedi.
“Bizim küçədə nə işıq, yol yoxdur. Gəlsinlər onu həll
etsinlər. Ən azından bir iş görülsün. Bu gün də burada qərar
verildi ki, küçə işıqları quraşdırılsın. Ən azından bunu həll
etsinlər. Yola gəlincə başa düşürük buna böyük pul
lazımdır”, – Emil Hüryənov “Marneuli” radiosuna
bildirdi.
“Kəndə dəstək proqramı” çərçivəsində kəndlərdə 3 qrup işləyir.
Kürtlər ərazi vahidliyində əhali ilə görüş keçirən Marneli
meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov
“Marneuli” radiosuna bildiri ki, kəndlərdə hansı işlərin
görülməsinə sakinlərin özü qərar verir.
“Merin əmiri ilə kəndə dəstək proqramı çərçivəsində
Marneulidə 3 qrup yaradılıb. Bizim qrup bu gün Kürtlər ərazi
vahidliyində görüş keçirir. Bu gün bizim ilk görüşmüz Kürtlər
kəndində baş tutdu. Kənd əhalisi qərar qəbul etdi ki, kənddə küçə
işıqları quraşdırılsın. Qanunla əhalinin fikiri nəzərə alınaraq,
layihə həyata keçirilir. Ona görə də biz kənd sakinlərinin fikirini
nəzərə alaraq, büdcədə kənddə küçə işıqlarının quraşdırılmasını
qeyd edəcəyik. Büdcə bu formada təstiq olunacaq və işlərə
başlanacaq. Biz bu gün Baydar, Böyük Muğanlı, Lejbəddin, Xutor
Lejbəddin kəndlərində də görüş keçirəcik və bununlada bu ərazi
vahidliyində görüşmüzü yekunlaşdıracağıq”, – Vüqar
Məmmədov dedi.
Kəndə dəstək proqramı üçün 2022-ci ildə mərkəzi büdcədən Marneuli
bələdiyyəsinə 1 232 000 lari ayrılıb.
Hər kəndə minimum dəyər 10 000, maksimum dəyər isə 20 000
laridir.
Marneulidə kənd toplantılarının keçirilməsinə 15 fevral tarixində
başlanılıb və 25 fevral tarixində başa çatacaq.