Marneuli meriyası infrastruktur layihələrinin monitorinqi üçün 1 200 00 lari dəyərində tenderi təkrar elan edib
Marneuli yerli özünüidarəsi 2022-2023-cü illərdə bələdiyyə tərəfindən həyata keçirilmiş 50 000 laridən artıq dəyəri olan infrastruktur obyektlərinin tikinti işlərinə nəzarət xidməti göstərilməsi üçün tenderi təkrar elan edib.

Marneuli meriyasının ləğv etdiyi ilk tenderi yerli özünüidarə 2022-ci ilin 18 yanvarında elan etmişdi və tenderdə yalnız bir şirkət – “Mühəndislik üzrə Monitorinq Qrupu” MMC iştirak edib. Meriya nəzarət xidməti üçün 1 250 000 lari dəyərində tender elan etmişdi. Şirkət isə işləri yerinə yetirmək üçün 550 000 lari təklif edib. Alqı-satqının ləğvi və tender komissiyasının protokoluna görə, 7 mart tarixində Marneuli meriyasının Tender Komissiyası “Mühəndislik üzrə Monitorinq Qrupu” MMC-ni tenderin qalibi elan edib. Qeyd olunan qərarı isə “Optimal Group +” dövlət alqı-satqıları ilə əlaqədar mübahisələrin müzakirə şurasına şikayət edib və komissiyanın qərarının ləğvini tələb edib. Eləcə də, iclasın protokolunda qeyd olunub ki, tender komissiyasının özü protokolu ləğv etməyi planlaşdırırmış. Çünki tenderdə bir neçə mexaniki səhv var idi. Tender artıq şikayət olunduğuna görə, səhvləri düzəldə bilməyib.

Qeyd edək ki, “Optimal Group +” son beş ildə Marneuli meriyasının 50 000 laridən artıq dəyəri olan infrastruktur layihələrinin monitorinqini aparırdı. 2019-cu ildə məhz həmin tenderdə “Optimal Group + “ qalib gəlmişdi.

Marneuli yerli özünüidarəsi yenilənmiş tenderi 2022-ci ilin 18 may tarixində elan edib. Meriya 50 000 laridən artıq dəyəri olan infrastruktur layihələrinin monitorinqi üçün 1 200 000 lari xərcləməyi planlaşdırır.

Meriyanın tenderində qalib gələcək şirkət qeyd olunan infrastruktur layihələrində monitorinq aparmalı olacaq:
  • Yolların tikintisi/bərpası;
  • Su təchizatı və kanalizasiya şəbəkəsinin (sisteminin) quraşdırılması/bərpası, (içməli su və onunla əlaqədar texnoloji hissə, suvarma, kanalizasiya sistemləri);
  • Körpülərin tikintisi/bərpası/yenidən qurulması;
  • Bina-tikililərin tikintisi/ bərpası/yenidən qurulması;
  • Parkların/həyətlərin qurulması/bərpası;
  • İdman meydançalarının (mini stadionlar) tikilməsi/bərpası;
  • Küçə işıqlarının quraşdırılması işləri;
  • Elektro-təmir işləri;
  • Təmir-bərpa-bərkitmə işləri;
  • Bərkitmə bəndləri/divarları işləri (hidro-texniki tikililər).

"Marneuli" Radiosu
Print