Marneuli meriyası yeni ildən 4 avtobus almağı planlaşdırır
2023-cü ildə Marneuli meriyası 4 avtobus almağı planlaşdırır.

Bu barədə 7 noyabr tarixində Marneulinin 2022-ci il büdcəsinin 9 aylıq hesabatının təqdimatında məlumat verilib. Bələdiyyə Məclisinin üzvü, meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı bələdiyyə miqyasında avtoparkın yenilənməsi ilə bağlı suala cavab olaraq bu barədə məlumat verdi. Naverianinin sözlərinə görə, gələn il nəqliyyat vasitələri alınacaq.

“Avtobuslar yeni, müasir dizaynda olacaq. Bundan əlavə, ilin sonuna qədər kanalizasiya quyuları sisteminə təmizləyici qurğu almağı düşünürük”, – Maia Naveriani bildirib.

Ötən il yerli özünüidarə 5 ədəd avtobusu 1 498 500 lariyə almışdı. Özünüidarə 2020-ci ildə eyni sayda nəqliyyat vasitəsi almaq üçün 1 311 000 lari xərcləmişdi.

Print Email
FaceBook Twitter Google