Susmağın dəyəri qızıldırmı? - Muşevani sakinləri "RMG"-yə qarşı
Muşevani (Dəllər) əhalisi yenidən eyni tələblə kəndin mərkəzinə toplaşıb. Baxmayaraq ki, qadınlar və kişilər aksiyada bir-birindən ayrı dayanıblar, onları RMG şirkəti birləşdirib. Əhali vahid cəbhə ilə şirkətə müqavimət göstərməyə və hakimiyyətə səsini çatdırmaq istəyir ki, onların kəndinin ərazisində açıq mədən üsulu ilə filiz hasil edilməsin.

RMG-nin layihəsinə əsasən, il ərzində təxminən 55 partlayışın həyata keçirilməsi planlaşdırılır. Qazma qurğuları isə il ərzində 200 saat işləyəcək.

Kənd əhalisi bildirir ki, şirkət nümayəndələri açıq mədən üsulu ilə filiz hasilatı ilə bağlı razılaşmaya onları aldadaraq qol çəkdiriblər. Vətəndaşların sözlərinə görə, kəndin RMG ilə yaxınlığı olan bir neçə sakini və şirkət nümayəndələri real olaraq onlara RMG-yə açıq üsulla filiz hasil etməyə razılıq üçün qol çəkdirirmişlər.

RMG Muşevani sakinlərinin etirazı ilə bağlı yazılı müraciətlə kifayətləndi. Ərizədə kənd əhalisi Muşevani layihəsi barədə yanlış məlumatın yayılmasında onu günahlandırıb.

Muşevani sakinləri RMG-yə lisenziya verilməsinə hələ 4 ay əvvəl etiraz etməyə başlayıblar. 28 iyulda kənddə ilk genişmiqyaslı aksiya keçirilib. Aksiyada yerli sakinlər filiz axtaran şirkətin kənddən çıxarılmasını tələb edirdilər. Növbəti aksiyalar kənddə qarşılıqlı münaqişə fonunda keçirildi.

13 sentyabr tarixində Bolnisi bələdiyyəsinin Muşevani kəndində əhali RMG-yə qarşı imza toplamaq və elan edilmiş filizin tapılması layihəsinə etiraz üçün toplaşıblar. Görüş səs-küylə başlayıb. Əhalinin bir qismi RMG GOLD-un elan etdiyi layihəni dəstəkləyib, toplaşanların əksəriyyəti isə onlara qarşı çıxıb. Qarşı çıxanlar bildirirdilər ki, onların kəndinə yaxın açıq mədən üsulu ilə filiz çıxarılması kəndin ekologiyasına ciddi zərər vuracaq. Mübahisəyə baxmayaraq kənd əhalisi RMG-yə verilmiş lisenziyanın dayandırılması üçün imza topladılar və hökumət qurumlarına öz fikirlərini çatdırdılar ki, kəndin ətrafında açıq mədən üsulu ilə filiz çıxarılmasına qarşıdırlar. Hakimiyyət isə onları cavabsız qoyub.

Muşevani sakinləri sonuncu aksiyasnı 11 noyabr tarixində keçiriblər.

“Buraya toplaşmağımızın səbəbi, bax, budur. Kəndimizi, təbiətimizi qoruyuruq. Əhalinin, övladlarımızın gələcəyini qoruyuruq. Səbəbimiz yalnız budur. İki dəfə imza topladıq, birinci kampaniyada 217, ikincidə isə 385 səs toplandı. Bunların hamısını rəsmi olaraq müvafiq orqanlara verdik. Bu ayın 1-də qərar çıxarıldı ki, bu qədər işə, əhalinin qarşı çıxmasına baxmayaraq, şirkət işləyə bilər. Biz yalnı buna etiraz edirik”, – Muşevani sakini Kənan Məmmədov bildirdi.


“Fakta əsaslanaraq bildiririk ki, kənd əhalisi bu layihə barədə tam məlumatlı idi (həmçinin, azərbaycan dilində). Kənddə keçirilmiş iki ictimai müzakirə bunu sübut edir. Qeyd olunan, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı ictimai müzakirənin bütöv video yazısı ilə də təsdiqlənir. Video ictimai müzakirənin yüksək standartını və qanuniliyini tam əks etdirir. Videoçəkiliş qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilib. Onları həmin videonu/foto materialı ictimailəşdirməyə çağırıram.

Ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı ictimai müzakirədən sonra Milli Ekologiya Agentliyi tərəfindən Muşevani layihəsi ilə bağlı tələb edilmiş əlavə məlumata şirkət tərəfindən hərtərəfli cavab verildi. Biz eləcə də illərdir, əvəzsiz ekoloji öhdəlikləri yerinə yetiririk və bu baxımdan ölkə miqyasında yüksək ekoloji standart tətbiq edirik. Bu artıq dəfələrlə həmin sahə mütəxəssisləri tərəfindən tanınıb. Müvafiq olaraq RMG ilə bağlı heç bir obyektiv cavabsız sual qalmayıb ki, icazə verməməyə əsas olsun”,
– RMG-nin bəyanatında bildirilir.

“Yaşıl alternativ”-in icraçı direktoru Nino Qucaridze açıq mədən üsulu ilə filiz əldə edilməsi prosesinin ekologiyaya və insan sağlamlığına zərərli olduğunu qeyd edir. Onun sözlərinə görə, filizin belə şəkildə çıxarılması zamanı landşaftın genişmiqyaslı deqradasiyasından söhbət gedir. Bu zaman münbit torpaq qatı məhv olur.

“Konkret Muşevaninin vəziyyətində filiz çıxarılması partlayışlar vasitəsi ilə olmalıdır. Bu da əlavə təsirə səbəb olur. Bir tərəfdən bu insan sağlamlığına və digər tərəfdən yenə də ekologiyaya təsir edir. Muşevaniyə gəldikdə burada ildə 55 partlayışın həyata keçirilməsi planlaşdırılır. Bu deməkdir ki, həftədə bir və ya iki partlayış olacaq. Bu insanlar üçün ilk növbədə güclü səs-küydür ki, onların psixi sağlamlığına təsir edir, eləcə də əlbəttə, somatik olaraq da təsir göstərir. Şirkətin yeganə yumşaq davranışı odur ki, insanlara partlayış barədə xəbərdarlıq edəcəklər və bu onlar üçün təsirin yüngülləşdirilməsi deməkdir. Amma bu çıxış yolu deyil. Nə qədər xəbərdarlıq da etsələr, həftədə iki partlayışı dinləmək, əlbəttə, insan sağlamlığına təsir göstərəcək. Buna uşaqlar, qocalar, xəstələr də əlavə olunur. Onlar üçün xəbərdarlığın heç bir əhəmiyyəti yoxdur. Buna hazır olmaq mümkün deyil”.

Nino Qucaridze qeyd edir ki, açıq mədən üsulu ilə filiz çıxarılmasında mənfi təsirlərinin bütöv spektri baş verir və bu ekologiyada cidi dəyişikliklər yarada bilər, sürüşmə prosesləri başlaya bilər. Partlayışdan yaranmış təkanlar tikililərə ziyan vura, havaya sovrulan toz isə sağlamlıq riskləri yarada bilər. Şirkət yüngülləşdirmə proseslərini araşdırmalı, öyrənməli və planlaşdırmalı idi. Amma Muşevanidə belə işlər aparılmayıb.

Muşevani sakinləri bildirirlər ki, öz hüquqlarını sona qədər qorumağa və şirkətə kəndə ziyan vurmaq bahasına filiz çıxarmağa imkan verməməyə hazırdırlar.
Print Email
FaceBook Twitter Google