Sosial Ədalət Mərkəzi hesab edir ki, Bələdiyyə Məclisi dini təşkilatların maliyyələşdirilməsi ilə bağlı məhkəmə qərarına hörmətlə yanaşmalıdır
Sosial Ədalət Mərkəzi Marneuli Bələdiyyə Məclisinə Bolnisi Şəhər Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına hörmətlə yanaşması, özünüidarənin büdcəsindən dini təşkilatların maliyyələşdirilməsi kimi diskriminasiya, qeyri-dünyəvi təcrübəni təkrar etməməsi ilə bağlı müraciət edib.

2022-ci ilin 1 iyul tarixində Bolnisi Şəhər Məhkəməsi Sosial Ədalət Mərkəzinin şikayətini təmin edib. Şikayətdə bələdiyyə büdcəsindən yalnız yerli yeparxiyanın maliyyələşdirilməsi kimi ayrı-seçkilik halları şikayət olunub. Sosial Ədalət Mərkəzi bu işi mülki fəal Samirə Bayramova və Bütün Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin adı ilə aparırdı.

“Maddi dəstəyin belə qeyri-bərabər paylanması təcrübəsi ilə yalnız son 4 il ərzində Marneuli və Hucabi Yeparxiyasına ümumilikdə 1 550 000 lari (2019-cu ildə - 350 000 lari; 2020-ci ildə- 400 000 lari; 2021-ci ildə - 400 000 lari; 2022-ci ildə -400 000 lari) verilib. Dini fəaliyyətin maliyyələşdirilməsi məqsədi ilə özünüidarə büdcəsində dini tolerantlıq təbliğatı və əhalidə mənəviyyatın yüksəldilməsi nəzərdə tutulmuşdu. Bu dəstəyi isə az-çox yerli yeparxiya alırdı. Belə maliyyələşdirmə təcrübəsi diskriminasiya tərkibli olmasından əlavə, yalnız bir dini təşkilata üstünlük verirdi (Marneuli bələdiyyə əhalisinin əksəriyyəti müəslmandır). Bu dünyəvi dövlətin konstitusiya prinsiplərinə zidd idi və ictimai resursların dini məqsədlər üçün istifadə olunması təcrübəsini yaradırdı.

Bizim qiymətləndirməmizə görə, Bolnisi Şəhər Məhkəməsinin qərarı presentsial əhəmiyyət daşıyırdı. Ümumiyyətlə yerli özünüidarə tərəfindən dini təşkilatların qeyri-dünyəvi və diskriminativ maliyyələşdirilmə təcrübəsini dəyişir. Marneuli və başqa yerli özünüidarələr tərəfindən bu qərara hörmətlə yanaşılmasını vacib hesab edirik. Bu qərar demokratik və ədalətli idarəçiliyin zəmanəti, ictimai resursların qanuni sosial məqsədlər üçün istifadəsi, bərabərlik prinsipinin qorunması, dövlət və dini təşkilatlar arasında ayrılıq, qeyri-demokratik mənsubiyyətlərin aradan qaldırılması, eləcə də dini təşkilatların hədsiz dərəcədə siyasi təsirləri, onların siyasi alətə çevrilməsinin qarşısının alınması üçün mühüm mexanizm olmalıdır.

Qeyd etmək lazımdır ki, Marneuli bələdiyyəsi qərarı Apelyasiya Məhkəməsinə şikayət edib və o hələ qanuni qüvvəyə minməyib.

Təəssüf ki, məhkəmənin qeyd olunan qərarına baxmayaraq, Marneulinin 2023-cü il büdcəsinin cari layihəsi yenidən eyni qeydi nəzərdə tutur. Konkret olaraq, dini və ya başqa növ ictimai fəaliyyət çərçivəsində yalnız Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari veriləcək, bələdiyyə yalnız məbləğin verilməsi məqsədlərində düzəliş edib – bələdiyyə ərazisindəki kilsə monastırlara və məscidlərə maddi dəstək. Belə ki, məscidlərin kommunal xərcləri üçün kiçik məbləğ (20 000 lari) nəzərdə tutulub.
Biz ümid edirik ki, Bələdiyyə Məclisi yekun büdcənin bu layihəsini təsdiq etməyəcək. Çünki bu Gürcüstan qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaq, məhkəmə qərarına qarşı aşkar şəkildə hörmətsizlik olacaq”,
- Sosial Ədalət Mərkəzi yazır.

Print Email
FaceBook Twitter Google