Marneulinin 2023-cü il büdcəsinin təsdiqlənməsi zamanı müxalifət etiraz əlaməti olaraq Bələdiyyə Məclisini tərk edib
Marneulinin 2023-cü il büdcəsinin təsdiqlənməsi zamanı müxalifət etiraz əlaməti olaraq Bələdiyyə Məclisini tərk edib. İclas başlayanda Vahid Milli Hərəkat Fraksiyasının sədri Laşa Kveladze Bələdiyyə Məclisində çıxış tələb edib. Bələdiyyə Məclisi sədri isə ona bildirib ki, o, sonra, 2023-cü il büdcəsinin müzakirəsi zamanı çıxış edə bilərdi. Buna baxmayaraq, müxalifət üzvləri etiraz əlaməti olaraq Bələdiyyə Məclisini tərk ediblər. Laşa Kveladze 2023-cü il büdcəsinin təsdilənməsinə sosial şəbəkədə münasibət bildirib.

“Marneuli Bələdiyyə Məclisi bu gün baş tutan iclasda Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsini təsdiq edib. “Vahid Milli Hərəkat” səsvermədə iştirak etmədi və iclası etiraz əlaməti olaraq tərk etdik. Çünki Marneuli meriyası büdcə tərtib olunan zaman bizim heç bir təşəbbüsümüzü nəzərə almayıblar. Biz təşəbbüslərimizi qanunla nəzərdə tutulmuş vaxt çərçivəsində yazılı şəkildə meriyaya göndərmişdik”, – Kveladze feysbukda bildirib.

“Vahid Milli Hərəkat” fraksiyasının təşəbbüsü və qeydləri bunlardan ibarətdir:

1. Yaşlı adamlar üçün 200 lari dəyərində yardım verilir, 100 lari əlavə edilsin və 300 lari olsun. Birdəfəlik.
2. Fiziki imkanları məhdud veteranlar – hazırda olan 200 larilik xidmətə 200 lari də əlavə olunsun və 400 lari olsun. Birdəfəlik.
3. Statusundan asılı olmayaraq bütün veteranlara (büdcədə hazırda ümumi olaraq nəzərə alınmayıb və əlavə edilməlidir) bələdiyyə miqyasında birdəfəlik yardım olaraq 300 lari müəyyən edilsin. Birdəfəlik.
4. Aztəminatlı tək valideyn – hazırkı paket 200 laridir – 200 lari əlavə olunsun və 400 lari olsun. Birdəfəlik.
5. Bütün tək valideynlər - (Sosial statusundan asılı olmayaraq hazırkı büdcə paketində nəzərdə tutulmayıb və əlavə olunmalıdır) 300 lari dəyərində yardım müəyyən edilsin. Birdəfəlik.
6. Aztəminatlı çoxuşaqlı ailələr 200 lari yardım alırlar, 200 lari əlavə olunsun və 400 lari müəyyən edilsin. Eləcə də aztəminatlı statusu olmayan və hazırkı büdcədə onlar üçün yardım nəzərdə tutulmamış çoxuşaqlı ailələrə 300 lari yardım təyin edilsin. Birdəfəlik.
7. Aztəminatlı üç uşağı olan, yardım nəzərdə tutulmamış ailələrə 300 lari yardım təyin edilsin. Birdəfəlik.
8. Hazırda büdcədə 200 lari dəyərində yardım nəzərdə tutulmuş kimsəsiz uşaqlara gələn ilin büdcəsində 300 lari yardım təyin olunsun. Hər ay.
9. 0-15 0000 balı olan aztəminatlılar – hazırkı büdcədə 200 lari dəyərində yardım nəzərdə tutulub və gələn ilin büdcəsində 400 lari nəzərdə tutulsun. Birdəfəlik.
10. Görmə və eşitmə qüsurlular üçün 50 larilik paket 100 lari artırılsın və 150 lari olsun. Hər ay.
11. Ailəsi aztəminatlı, kimsəsiz və ya veteran övladı olan tələbələr üçün hazırda birdəfəlik 500 lari dəyərində yardım verilir. Buna 500 lari də əlavə edilsin və 1000 lari olsun. Eləcə də birdən artıq tələbə uşağı olan ailələrə yalnız 500 lari yardım nəzərdə tutulub. Dəyişiklik edilsin və sosial statusuna baxmayaraq ailədəki hər bir uşağa 500 lari dəyərində yardım təyin edilsin. Hazırkı büdcədə yalnız bakalavr pilləsində təhsil alanlara, 90 baldan yuxarıya 1000 lari yardım nəzərdə tutulub, gələn ildən büdcədə dəyişiklik edilsin və magistratura pilləsinə sonrakı ballara görə, yardım təyin edilsin:
81- 90 bala qədər - 800 lari.
91 95 bala qədər - 1000 lari.
95 baldan yuxarı - 1500 lari.
Bakalavr:
85 baldan yuxarı 500 lari.
Doktorantura:
85 baldan yuxarı 500 lari.
Eləcə də valideynlər tərəfindən bəzi tələbələrin məruzəsinin axşam saat 9-da başa çatması və buna görə də Marneuliyə qədər taksi ilə gəlmək məcburiyyətində qalması problemi qeyd olunub. Bu isə əlavə xərclər yaradır. Onların ailələri üçün kifayət qədər çətindir, çünki şəhərdə mənzil kirayələyə bilmirlər.
Axşam saatlarında (saat 21:00-dan 22:00-a qədər) tələbələrin Marneuliyə qayıtmasını təmin edəcək nəqliyyatın təyin edilməsini tələb edirlər. Gediş haqqı 50 lari dəyərində paketlə maliyyələşdirilən digər tələbələrin yardımı isə 100 lariyə qədər artırılsın. Hər ay.
Eləcə də ştatların sayı azaldılmalı idi və nəticədə qənaət edilmiş pul sosial proqramların bir qisminə bölünsün.
Həmçinin, 2023-cü ilin büdcəsində əlavə xərclər nəzərdə tutulmalı idi:
a) Yol tikintisi, bərpa. (Kod 020102).
b) İçməli suyun tikintisi, bərpa (kod 02 02 02), Marneuli əhalisinin 2023-cü ildə içməli su problemi olmasın deyə.
q) Suvarma kanalları və sahil bərkitmə tikililərinin qurulması, bərpası (kod 02 02 04).
d) Marneuli şəhərində mərkəzi küçədə yerləşən İvane Cavaxişvili parkının bərpası, (Bugünkü vəziyətdə park pis vəziyyətdədir).


Qeyd edək ki, yerli özünüidarə büdcəsi, indiki mərhələdə 46 856 300 lari müəyyən edilib. Qanunvericilik orqanından bildirdilər ki, bu büdcənin yekun versiyasıdır və mərkəzi büdcədən də pul gözləyirlər.

Print Email
FaceBook Twitter Google