1 fevral tarixindən “Kəndə dəstək proqramı” çərçivəsində Marneuli
bələdiyyəsinin kəndlərində ümumi toplantıların keçirilməsinə
başlanılıb.
İndiyədək 27 kənddə ümumi toplantı keçirilib. Marneuli meriyasının
İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, toplantılar müəyyən qrafikə
uyğun olaraq Marneulinin bütün kəndlərində keçirilib. Onun
açıqlamasına görə, ümumi kənd toplantıları indiki mərhələdə yalnız
bir yerdə, Mollaoğlu kəndində təxirə salınıb və təkrar keçiriləcək.
Onun sözlərinə görə, kənd sakinlərinin dəstəklədiyi layihələr
barədə məlumat ümumi toplantılar başa çatdıqdan sonra məlum olacaq
və xüsusi komissiya iclasların nəticələrini ümumiləşdirəcək.
Marneuli bələdiyyəsinin kəndlərində aparılan ümumi toplantıları
“Salam” platforması müşahidə edirdi. “Salam”-ın nümayəndəsi Ayhan
Həsənli “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
platforma nümayəndələri 10-dan artıq kənddə müşahidə aparıblar.
Onun sözlərinə görə, kənd toplantılarının keçirilməsi prosesində
əsas problem odur ki, Marneuli meri Kənan Ömərov toplantılarda
iştirak etməyib.
“Qanunvericiliyin merə ümumi toplantılarda iştirak
etmək öhdəliyi qoymasına baxmayaraq, hesab edirik ki, mer görüşlərə
getməyəndə, əhali ilə görüşməyəndə bizim fikrimizcə, bu
düzəldilməli olan mühüm vəziyyətdir. Digər problem odur ki, əksər
hallarda görüşlər vaxtından əvvəl keçirilir. Məsələn, qrafikdə saat
11:00 yazılıbsa, həmin yerə saat 11:00-da gedirik və görüşün artıq
yarım saatdır, başlamış olduğunu görürük. Əhali əvvəlcədən qrafikə
əsasən görüşün təyin olunduğu vaxtı bilirsə və real olaraq görüş
tez başlayırsa, görüşdə iştirak etmək istəyən vətəndaş bu imkanını
itirir. Bizim fikrimizcə, bu əhalinin ümumi toplantıda tam iştirak
etməsinə mane olur. Bizim fikrimizcə, çox mühüm olan üçüncü faktiki
vəziyyət isə görüşlərin çox qısa müddətdə keçirilməsidir. Əksər
hallarda görüşlər 15-25 dəqiqə ərzində, maksimum yarım saata
keçirilir. Bu zaman imzaların toplanması uzanır. Bizim müşahidəmizə
görə, əksər hallarda əhali az-çox iştirak etsə də, etməsə də, görüş
keçirilir. Əksər hallarda müvafiq say olmur, məsələn 100 nəfər
toplanıb, amma yenə də toplantını
keçirirlər”.
“Salam” platformasının nümayəndəsinin sözlərinə görə, kəndlərin
əksəriyyətində qadınların, gənclərin, fiziki imkanları məhdud
şəxslərin iştirakı azdır. Ayhan Həsənlinin sözlərinə görə, Marneuli
yerli özünüidarəsi əhalinin ümumi toplantılarda maksimum iştirakını
təmin etməlidir. Bunun üçün isə meriya kəndlərdəki nümayəndə
resursundan, qapı-qapı prinsipi ilə əhaliyə məlumat çatdırmaq və
müxtəlif məlumat mənbələri vasitəsi ilə məlumatın yayımlamasından
istifadə edə bilər.
“Azlıqların bəzi nümayəndələrinin gürcü dilini yaxşı
bilməməsi, bəzisinə qrafikin əlçatan olmaması reallığından irəli
gələrək yalnız qrafiki yayımlamaq yetərli deyil. Bütün subyektiv və
ya obyektiv vəziyyəti nəzərə alaraq, yaxşı olar ki, bütün
vətəndaşlara kənd toplantısının keçirilməsi haqqında məlumat
çatdırılsın. Bunu yerinə yetirmək isə Marneuli yerli
özünüidarəsinin öhdəliyidir. Eləcə də qadınların iştirakının
maksimum təmin edilməsi tövsiyə olunur. Çünki qadınların iştirakı
çox aşağı səviyyədədir. Kəndlərdə əhalinin yarıdan çoxunun qadınlar
olduğunu nəzərə alsaq, görüşdə onlar iştirak etmirsə, demək kəndin
yarısı görüşdə iştirak etmir. Eləcə də gənclər və fiziki imkanları
məhdud şəxslər görüşlərdə iştirak etmirlər və özünüidarə
nümayəndələrinin fiziki imkanları məhdud şəxslərlə əlaqə saxlaması,
onların ümumi toplantılara qoşulmasını təmin etməsi yaxşı olardı.
Kənd toplantılarında gənclərin fikrinin əks olunması çox mühümdür.
Əksər hallarda prioritetlər əvvəlcədən müəyyən edilmiş olur və
toplaşmış əhali artıq layihələrin siyahısını bilir, meriya sadəcə
hansı layihəni dəstəklədiklərini soruşur. Bu halda hesab edirik ki,
vətəndaşların yerlərdə də problem hesab etdikləri məsələləri
qaldırmaq imkanı olmalıdır”.
Ayhan Həsənlinin sözlərinə görə, əhalinin “kəndə dəstək proqramı”
çərçivəsində meriyanın da kəndə ayrılmış pulun qarşılıqlı
maliyyələşdirmə öhdəliyi daşıması barədə məlumatının olması
mühümdür. Onun sözlərinə görə, bəzi hallarda vətəndaş 12000-dən 20
000-ə qədər dəyişən, kəndə ayrılmış pulun müəyyən layihənin həyata
keçirilməsi üçün kifayət etmədiyini hesab edə və qeyd olunan
problemi toplantıda qaldırmaya bilər. Amma əgər onun Marneuli
meriyasının layihədə qarşılıqlı maliyyələşdirmə edə bilməsi
öhdəliyini haqqında məlumatı olarsa, vətəndaş problemli məsələni
toplantıda həll olunması üçün daha cəsarətlə qaldıracaq.
Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 123 000
lari ayrılıb.
Kəndlərə pul əhalinin sayına görə bölünür. Hər kəndə ən az 12 000,
ən çox isə 20 000 lari ayrılıb.
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan
15 fevrala qədər keçiriləcək.