İmirdə kənd toplantısında küçə işıqları, İmirçalada isə yola çınqıl tökülməsini dəstəkləyiblər
8 fevral tarixində Marneuli bələdiyyəsinin İmir və İmirçala kəndlərində “kənd toplantısı” keçirilib.

İmirdə görüşün keçirilməsi üçün 200 imza, İmirçalada isə 20%-in imzası lazım idi. Meriya nümayəndəsinin “Marneuli” radiosuna bildirdiyinə görə, iclas imzaların üçdə biri toplanan halda da legitim hesab olunur və hər iki kənddə kifayət qədər imza toplanıb. İmir üçün 20 000 lari, İmirçala üçün isə 12 000 lari ayrılıb.

Yerli sakinlər İmirdə küçə işıqlarının quraşdırılmasını, İmirçalada isə yollara çınqıl tökülməsini dəstəkləyiblər.

Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

"Marneuli" Radiosu
Print