Aşağı Saral üçün ayrılmış 20 000 lari ilə qəbiristanlıq hasarlanacaq
Marneuli bələdiyyəsinin Aşağı Saral kəndində qəbiristanlıq hasarlanacaq.

Kəndə dəstək proqramı çərçivəsində Saral kəndinə 20 000 lari ayrılıb. Meriya tərəfindən yayımlanmış rəsmi qrafikə görə, görüşün keçirilmiş hesab olunması üçün Aşağı Saralda 200 imza toplanmalı idi. Kənddə 200 nəfər həqiqətən toplaşmayıb. Ancaq meriya nümayəndələri bildiriblər ki, iclasın legitimliyi üçün imzaların üçdə biri də kifayət edir.

Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

Marneuli meriyasından bildirirlər ki, əgər kənddə keçirilən görüşə gedə bilmirsinizsə, görüşün keçirilmə tarixinə qədər öz təşəbbüsünüzü xüsusi doldurulmuş forma şəklində elektron poçt ünvanına göndərə bilərsiniz: CLOAKING

Print Email
FaceBook Twitter Google