Marneuli Bələdiyyə Məclisinin sədrinin kəndində ümumi toplantı keçirilib
Bu gün, 8 fevral tarixində Marneuli bələdiyyəsinin Saimerlo kəndində “kəndə dəstək proqramı” çərçivəsində ümumi toplantı keçirilib. Ümumi toplantı Saimerlo ictimai məktəbinin akt zalında keçirilib. Toplantıda Marneuli meriya nümayəndələri, həmçinin, merin müavini Roin Dekanoidze və Temur Şubitidze iştirak edirdilər. Onlar da Saimerloda yaşayırlar. Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze görüşdə iştirak etmirdi. O, da Saimerlo kəndində yaşayır.

“Hamınızı salamlayıram,
gəldiyiniz, iştirak etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Bildiyiniz kimi, “kəndə dəstək proqramı” illərdir həyata keçirilir. Bu proqram çərçivəsində icmada olan ehtyacları əhalinin özü müzakirə edir və hansı layihəni dəstəkləsələr kənddə həmin layihəni ixtisaslı təşkilatlar həyata keçirəcəklər. Müzakirə edək, burada yetərli sayda sakin var. Bu proqramın öz nizamnaməsi var. Müəyyən sayda sakinlər olmalıdır və düşünürəm ki, kifayət qədər olduğundan artıq qeydiyyatdan keçib. Səs çoxluğu ilə kənddə hansı layihənin həyata keçirilməsini istədiyinizə qərar verək”,
- Marneuli merinin müavini Roin Dekanoidze bildirib.

Marneuli meriyasının İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze ümumi toplantı iştirakçılarına bildirib ki, kənddən meriyaya iki təklif göndərilibmiş.

“Bu günə olan vəziyyətə görə, bələdiyyədə iki təklif qeydiyyatdan keçirilib. Biri kanalın davam etdirilməsidir, yəni ötən il dəstəklədiyiniz layihənin başa çatdırılmasıdır. Digəri isə tikintisi aparılan ayinlər evinin ərazisindəki kanalların qaydaya salınmasıdır. Bu günə olan vəziyyətdə bu iki təklif qeydiyyatdan keçirilib. Əgər yenə hansısa təklif varsa, onları da qəbul edə və səs verə bilərik”,
– Mamuka Şubitidze bildirib.

Saimerlo kəndində ümumi toplnatı iştirakçıları suvarma kanalı layihəsinin davam etdirilməsini dəstəkləyiblər. Sakinlərin sözlərinə görə, kənd təsərrüfatına yararlı torpaqların suvarılması zamanı sözügedən kanalın sıradan çıxması nəticəsində torpaq sahələri və yaşayış evləri su altında qalır və bu səbəbdən həmin layihənin icrası kənd üçün tikinti aparılan yerdəkanalın qaydaya salınmasından daha çox prioritet məsələdir. “Kəndə dəstək proramı” çərçivəsində Saimerlo kəndinə 20 000 lari ayrılıb.

Print Email
FaceBook Twitter Google