Marneuli meriyası Məktəblərarası İdman Olimpiadasının regional yarışı üçün 72 ədəd forma alıb
2023-cü ilin fevral ayının sonunda Kvemo Kartlidə Məktəblərarası İdman Olimpiadasının regional oyunları keçiriləcək. Regional oyunlarda Marneuli bələdiyyəsi miqyasında qalib gələn komandalar da iştirak edəcək.

"Xatırladaq ki, 2022-ci ildə Marneuli bələdiyyəsində məktəblərarası olimpiadanın bələdiyyə mərhələsi keçirilib. Qeyd olunan tədbirdə 40-a yaxın ictimai məktəb, 741 şagird iştirak edirdi. Onlardan 502 oğlan, 239 qız idi. 2023-cü ilin fevral ayının sonunda Məktəblərarası İdman Olimpiadasının regional oyunları planlaşdırılıb. Oyunda bizim bələdiyyənin qalib komandaları da iştirak etməlidir; Futbolda (12 oğlan və 12 qız), voleybolda (12 oğlan və 12 qız), masa tennisi (4 oğlan, 4 qız), qaçış (4 oğlan və 4 qız), basketbol (4 oğlan, 4 qız)", – Marneuli meriyasının Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində qeyd olunub.

Marneuli yerli özünüidarəsi Marneuli miqyasında qalib gəlmiş komandalara xüsusi oyun formalarının alınması üçün “Geosport” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb. Yerli özünüidarə 3160 lariyə 72 ədəd xüsusi oyun forması, köynək və şortlar almağı planlaşdırır. Köynək və şortların üzərində emblem və gerblər olmalıdır.

Print Email
FaceBook Twitter Google