Marneuli meriyası 2023-cü ildə kanalizasiya sisteminin təmizlənməsinə və qulluq göstərilməsinə 50 847 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi kanalizasiya sisteminin təmizlənməsi və qulluq göstərilməsi işləri ilə bağlı tender elan edib.

Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderə görə, qalib şirkət 2023-cü il ərzində meriyanın tapşırıqlarına uyğun olaraq kanalizasiya sisteminin təmizlənməsi, qulluq göstərilməsi işlərini həyata keçirməli olacaq.

“Xidmət müqavilə bağlandıqdan 2023-cü ilin 31 dekabr tarixinə qədər, mərhələli şəkildə, yazılı tapşırığa müvafiq olaraq göstərilməlidir. İşləri yerinə yetirən şirkətə konkret ünvan, yerinə yetiriləcək işlərin adı və ya işlər üçün müəyyən edilmiş vaxt yazılı olaraq veriləcək”, – Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş tenderdə qeyd olunub.

Marneuli meriyası 2023-cü il ərzində kanalizasiya sisteminin təmizlənməsi və qulluq göstərilməsi işləri üçün 50 847 lari ödəməyi planlaşdırır. Yerli özünüidarə tenderi 10 fevral tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 1 martdan 6 marta qədər öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google