Baydarda kənd toplantısında küçə işıqlarının quraşdırılmasına qərar verilib
Marneuli bələdiyyəsinin Baydar kəndində sakinlər küçə işıqlarının quraşdırılması layihəsini dəstəkləyiblər. Kəndə dəstək proqramı çərçivəsində görüş 13 fevral tarixində keçirilib. Baydar kəndi üçün 20 000 lari nəzərdə tutulmuşdu. Yerli özünüidarə nümayəndələri əlavə prioritet məsələ olaraq daxili yollara çınqıl tökülməsi və zibil qabları problemini qeyd edib.

Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000 lari, ən çox isə 20 000 lari ayrılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər