Marneuli bələdiyyəsinin Baydar kəndində sakinlər küçə işıqlarının
quraşdırılması layihəsini dəstəkləyiblər.
Kəndə dəstək proqramı çərçivəsində görüş 13 fevral tarixində
keçirilib. Baydar kəndi üçün 20 000 lari nəzərdə tutulmuşdu. Yerli
özünüidarə nümayəndələri əlavə prioritet məsələ olaraq daxili
yollara çınqıl tökülməsi və zibil qabları problemini qeyd edib.
Əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək. Kəndə
dəstək proqramı üçün 2023-cü ildə Gürcüstan Regionlarında Həyata
Keçiriləcək Layihələr Fondundan 1 232 000 lari ayrılıb. Pul
kəndlərə əhalinin sayına görə bölünür. Hər kənd üçün ən az 12 000
lari, ən çox isə 20 000 lari ayrılıb.