İnformasiya Azadlığı İnkişafı İnstitutu tərəfindən aparılmış
ictimai məlumatın əlçatanlığı ilə bağlı araşdırmaya əsasən,
2022-ci ildə həyata keçirilmiş monitorinq nəticələrinə görə, ölkədə
ictimai məlumatın əlçatanlığının keyfiyyəti ötən illə müqayisədə
əhəmiyyətli dərəcədə pisləşib. Təşkilat tərəfindən 2022-ci ildə
müxtəlif dövlət strukturlarına, eləcə də yerli özünüidarələrə
göndərilmiş tələblərə alınan cavabların potensial göstəricisi
58%-dir. Bu isə 2010-cu ildən sonra ən pis göstəricidir.
IDFI-in araşdırmasında meriya və Bələdiyyə Məclislərinin şəffaflığı
məsələsi də yer alıb. Təşkilatın məlumatına görə, Marneuli yerli
özünüidarəsində qanunvericiliyin tələblərini yerinə yetirmirlər və
ictimai məlumat vermirlər.
“Yerli özünüidarələrdə 2022-ci ildə həyata keçirilmiş
monitorinqin nəticələrinə görə, 128 ictimai müəssisədən (meriya və
Bələdiyyə Məclisi) yalnız Poti, Çiatura və Kareli Bələdiyyə
Məclislərində ictimai məlumatın əlçatanlığı ilə bağlı 100%-lik
göstərici var. Meriya və Bələdiyyə Məclisləri reytinqinin ilk
onluğunda meriyalardan yalnız Zuqdidi və Tkibuli meriyaları yer
alıb.
2022-ci ildə 7 meriya və 7 Bələdiyyə Məclisi IDFI-in bütün
tələblərini cavabsız qoyub. Onlar arasında Bolnisi, Tetritskaro və
Marneuli bələdiyyələri qeyd olunub. Həmin bələdiyyələrdə icra,
eləcə də nümayəndəlik orqanları qanunvericiliklə nəzərdə tutulmuş
tələbləri yerinə yetirmirlər və ictimai məlumat
vermirlər”, – IDFI-in məlumatında qeyd olunub.
Məlumat Azadlığı İnkişafı İnstitutunun tərəfindən yayımlanmış
ictimai məlumatın əlçatanlığı ilə bağlı araşdırmaya əsasən,
təşkilat Marneuli meriyasından 34 dəfə ictimai məlumat tələb edib.
Meriya isə onların heç birinə cavab verməyib. IDFI Marneuli
Bələdiyyə Məclisindən 20 dəfə ictimai məlumat tələb edib, onlardan
heç birinə cavab verilməyib.