Marneuli meriyası və Bələdiyyə Məclisi ictimai məlumat vermirlər - IDFI
İnformasiya Azadlığı İnkişafı İnstitutu tərəfindən aparılmış ictimai məlumatın əlçatanlığı ilə bağlı araşdırmaya əsasən, 2022-ci ildə həyata keçirilmiş monitorinq nəticələrinə görə, ölkədə ictimai məlumatın əlçatanlığının keyfiyyəti ötən illə müqayisədə əhəmiyyətli dərəcədə pisləşib. Təşkilat tərəfindən 2022-ci ildə müxtəlif dövlət strukturlarına, eləcə də yerli özünüidarələrə göndərilmiş tələblərə alınan cavabların potensial göstəricisi 58%-dir. Bu isə 2010-cu ildən sonra ən pis göstəricidir.

IDFI-in araşdırmasında meriya və Bələdiyyə Məclislərinin şəffaflığı məsələsi də yer alıb. Təşkilatın məlumatına görə, Marneuli yerli özünüidarəsində qanunvericiliyin tələblərini yerinə yetirmirlər və ictimai məlumat vermirlər.

“Yerli özünüidarələrdə 2022-ci ildə həyata keçirilmiş monitorinqin nəticələrinə görə, 128 ictimai müəssisədən (meriya və Bələdiyyə Məclisi) yalnız Poti, Çiatura və Kareli Bələdiyyə Məclislərində ictimai məlumatın əlçatanlığı ilə bağlı 100%-lik göstərici var. Meriya və Bələdiyyə Məclisləri reytinqinin ilk onluğunda meriyalardan yalnız Zuqdidi və Tkibuli meriyaları yer alıb.

2022-ci ildə 7 meriya və 7 Bələdiyyə Məclisi IDFI-in bütün tələblərini cavabsız qoyub. Onlar arasında Bolnisi, Tetritskaro və Marneuli bələdiyyələri qeyd olunub. Həmin bələdiyyələrdə icra, eləcə də nümayəndəlik orqanları qanunvericiliklə nəzərdə tutulmuş tələbləri yerinə yetirmirlər və ictimai məlumat vermirlər”,
– IDFI-in məlumatında qeyd olunub.

Məlumat Azadlığı İnkişafı İnstitutunun tərəfindən yayımlanmış ictimai məlumatın əlçatanlığı ilə bağlı araşdırmaya əsasən, təşkilat Marneuli meriyasından 34 dəfə ictimai məlumat tələb edib. Meriya isə onların heç birinə cavab verməyib. IDFI Marneuli Bələdiyyə Məclisindən 20 dəfə ictimai məlumat tələb edib, onlardan heç birinə cavab verilməyib.

"Marneuli" Radiosu
Print