Tbilisidə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirildi (FOTO)
Bu gün, 14 aprel tarixində Tbilisi şəhərində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirildi. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə keçirilən konfrans “Xurcun” restoranında baş tutdu.

Tədbiri giriş sözü ilə açan səfirliyin əməkdaşı Ramel Lətifov dəvət olunmuş qonaqları salamladı və ilk olaraq Heydər Əliyevin xatirəsinə həsr edilmiş video çarx nümayiş etdirildi. Daha sonra isə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı. Səfir çıxışında qeyd etdi ki, istər Azərbaycanda, istərsə də Gürcüstanda müsəlmanlar öz dini inanclarını yerinə yetirirlər və onlara heç bir maneçilik törədilmir.

Daha sonra tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan Üzrə müftisi Etibar Eminov və digər şəxslər çıxış etdilər. Onlar da çıxışlarında Heydər Əliyevin gördüyü işlərdən danışdılar. Çıxış edənlər həmçinin Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə müsəlmanları təbrik etdilər.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri və səfirliyin əməkdaşları, Türkiyə səfirliyinin əməkdaşları, Gürcüstan Parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, SOCAR şirkətinin əməkdaşları, Marneuli meriyasının əməkdaşları, digər dövlət qrumlarının əməkdaşları, din xadimləri və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Konfransdan sonra iftar süfrəsi təşkil olundu və dualar oxundu.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google