Marneuli meriyasının fəaəliyyətinin yaxşılaşdırılması üçün fokus qruplarda iştirak etmək mümkündür
Marneuli bələdiyyəsi USAİD-in yerli özünüidarə proqramı çərçivəsind ə və Vətəndaş Cəmiyyəti İnstitutunun dəstəyi ilə vətəndaşların iştirak keyfiyyətinin özünüiqymətləndirmə prosesinə başlayır. Araşdırma çərçivəsində iki fokus qrup keçiriləcək. Bu barədə məlumatı yerli özünüidarə yayıb.

“Nəticələr fəaliyyətimizi və iştirak demokratiyasının keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək. Bu məqsədlə 15 avqustda sizi, vətəndaş cəmiyyəti, icma və media təşkiat nümayənərlərini, mülki fəallar, fəal vətəndaşları
fokus qrupda iştirak etməyə, bələdiyyədə aparılan iştirak prosesləri haqqında öz fikirlərinizi bildirməyə çağırırıq. Fokus qrup onlayn görüş formatında keçiriləcək. İstəyi olanlar, xahiş edirik, 13 avqusta qədər linkə daxil olub qeydiyyatdan keçin”,
– meriyanın feysbuk səhifəsində yazılıb.

https://docs.google.com

Hər fokus qrup 8-12 nəfərdən təşkil olunacaq.

İştiakçılar sektor balansı meyarlarını qorumaqla seçiləcəklər. Seçilmiş iştirakçılara fokus qrup haqqında ətraflı məlumat qeydiyyatdan sonra veriləcək.

Print Email
FaceBook Twitter Google