Marneuli Bələdiyyə Məclisi prioritetləri müəyyən etmək üçün kəndlərdə görüşlərə başlayıb
Marneuli Bələdiyyə Məclisinin Məkan Quruculuğu və İnfrastruktur Komissiyası inzibati vahidliklərdə iclaslara başlayıblar. Komissiya sədri Adil Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, iclasların məqsədi bələdiyyə sakinlərinə həyata keçirilmiş layihələr haqqında məlumat vermək, 2024-cü il büdcəsinin prioritetlərini müəyyən etməkdir.

“Komissiyasının bütün üzvlərinə görüşlərlə bağlı məlumat vermişik. İclaslarda yalnız “Gürcü Arzusu”-nun majoritar dairədən seçilmiş deputatları iştirak edirdilər. Təəssüf
ki, başqa partiya üzvləri görüşlərdə iştirak etməkdən imtina etdilər. Görüşdə 2021-ci ildən bu günə qədər inzibati vahidliklərdə həyata keçirilmiş layihələrin siyahısını təqdim etdik. Əhalidən növbəti illərdə həyata keçirmək üçün prioritet ola biləcək layihələri qeyd etməklərini xahiş etdik. Algeti və Kəpənəkçidə, sonra isə Kürtlər, Qullar ərazi vahidliklərində görüşlər oldu. Bu gün Qaçağan və Qasımlıda görüş baş tutdu”,
– Adil Əliyev bildirib.

Marneuli Bələdiyyə Məclisinin Məkan Quruculuğu və İnfrastruktur Komissiyasının Qaçağan kəndində görüşü saat 13:30-da planlaşdırılmışdı. “Marneuli” radiosu saat 13:30-da kəndə getdi, amma əhali bildirdi ki, meriya nümayəndələri artıq kənddə görüş keçirib. Komissiya sədri Adil Əliyev “Marneuli” radiosuna bildirdi ki, görüşün başlanma vaxtı kənd təsərrüfatı işlərinə görə təxirə salınıb.

“Bilirsiniz ki, kəndlərə suvarma suyunu qrafiklə verirlər. Görüş vaxtı suvarma suyunun qrafikinə uyğun deyildi deyə görüşə saat 12:00-da başladıq ki, əhalinin kənd təsərrüfatı torpaqlarını suvarmaq üçün vaxtı qalsın. Bunu nəzərə alaraq biz Meliorasiya ilə suvarma suyunun qrafiklərini dəqiqləşdirdik və növbəti görüşləri də saat 12:00-a təyin etdik. Belə əhali mane olmamış olarıq”.

Adil Əliyevin sözlərinə görə, görüşlər nəticəsində müxtəlif prioritetli istiqamətlər və layihələr müəyyən edilib. O, bildirib ki, bəzi kəndlərdə prioritet içməli su, bəzisində daxili yollara asfalt qatının çəkilməsi, suvarma kanalının təmizlənməsi və s.-dir.

“Görüşlər başa çatan kimi komissiya “Gürcü Arzusu” partiyasının sədri ilə birlikdə son açıq komissiyanı keçirəcək. Komissiya iclasından sonra Bələdiyyə Məclisi Bürosuna çıxarılacaq, orada da dəstək qazansaq sonra meriyaya göndərəcəyik ki, gələn ilin büdcəsində nəzərə alsınlar”, – Adil Əliyev bildirib.

Əhali ilə görüşlər planlaşdırılan kəndlərin siyahısını sizə təqdim edirik:

4 sentyabr:
Algeti 10:30-12:30
Kəpənəkçi 13:30-15:30
-----------------------------
5 sentyabr:
Kürtlər 10:30-12:30
Qullar 13:30-15:30
-----------------------------
6 sentyabr:
Qaçağan 10:30-12:30
Qasımlı 13:30-15:30
-----------------------------
7 sentyabr:
Dəmyə-Görarxı 10:30
Şulaver 12:00
Sadaxlı 13:30
-----------------------------
8 sentyabr:
Tsereteli 10:30
Tamarisi 12:00
-----------------------------
11 sentyabr:
Şaumyan 10:30
Tserakvi 12:00
-----------------------------
12 sentyabr:
Xocorni 10:30
Opreti 12:00
Ağkörpü 13:30

Print Email
FaceBook Twitter Google