“RMG”-nin yük maşınlarına görə, uşaqların yolda hərəkət etmək təhlükəsi yaranır – Zol-Göyəçdə aksiya (FOTO/VİDEO)
Bolnisi bələdiyyəsinin Zol-Göyəç (Kveşi) kənd sakinlərinin bir qismi bu gün, 6 sentyabr tarixində “RMG Cooper”-ə qarşı aksiya keçirib. Sakinlərin bir qismi deyir ki, kənddə qızıl aşlarlayan karyer işləyir və gündə onlarla maşın yüksək sürətlə onların kəndindən hərəkət edir. Əhalini toz, səs-küy və təhlükəli şərait narahat edir.

Zol-Göyəçdə yaşayan Rafiz Ramazanov bildirir ki, onların əsas tələbi yol təhlükəsizlik
qaydalarının qorunmasıdır. O, qeyd edir ki, problemlə bağlı aidiyyatı qurumlara müraciət ediblər, ancaq vəziyyət dəyişməz qalır. 

“RMG-nin maşınları Xramdan Kazretiyə qızıl aparır. Gündə ən az 200 maşın buradan keçir. Bu yol ilə uşaqlarım məktəbə gedir. Validyenlər uşaqları maşınla aparmaq məcburiyyətində qalırlar. Yol dardır və uşaqlar hərəkət etməyə qorxurlar. Heç kim bizə diqqət göstərmir. Hər yer tozdur. Müraciət etmişik amma bizimlə heç kim maraqlanmayıb. Kənd müvəkkilinə də demişik, məsələni bilirlər. Bu gün toplantımız var, heç maraqlanmadılar. Bu karyerlər 4 ildir işləyir və hamı buna göz yumur. Biz etiraz edəcəyimizi demişdik. Səhərdən aşağı yolda maşınları saxlayıb gah qorxudur, gah hədələyirlər. Bizi qorxudular ki, belə açıq danışmayaq. Biz nə istəyirik, yolumuzu düzəltsinlər bu məsələ həll olunsun. Əsas tələbimiz yolun genişləndirilməsidir. Uşaqlar üçün keçid yoxdur onu düzəltsinlər. Bizim problemə diqqət göstərsinlər”.

Rafiz kimi Zol-Göyəçin digər sakinlərini də problem narahat edir. Yerli sakinlər deyirlər ki, artıq Gürcüstanın Baş nazirinı, Prezidentə, Gürcüstanın Ekologiya və Kənd Təsərrüfatı nazirinə, Bolnisi, Dmanisi və Tsalkanın majoritar deputatlarına, Ətraf Mühit Milli Agentliyinə məktubla müraciət edəcəklər.

Yerli sakinlərin tələbi RMG Cooper-ə məxsus maşınların bu yol ilə hərəkət etməsinin dayandırılması və yolun təmir edilməsi, RMG Cooper şirkətinə məxsus maşınların sıradan çıxardığı yollar təmir olunsun, dəymiş ziyan qarşılansın.

“Yaşlı adamam bu maşınlara görə, mağazaya gedə bilmirəm. Kamazlar buradan karyerə gedirlər. Bütün gün ev silkələnir, gecə yata bilmirik. Nəisə etsinlər, biz dövləti dəstəkləyirik dövlət də bizi dəstəkləsin”, - Bəyaz Ramazanova deyir.

“Mən tək yaşayıram, gündüz işləyirəm və axşam dincəlmək istəyirəm. Amma maşınlar səsindən dincəlmək olmur. Şəkərli diabetim var və həkim də mənə kömək edə bilmir. Çünki bu maşınların səsinə özümdən çıxıb əsəbləşirəm. Bir dəfə yas mərasiminə gedirdim, yağışlı havada bu yolda bütün palçıq oldum. Evə geri döndüm, çimdim və maşın çağırıb onunla getdim. 2 ildir belədir. Müraciət etsək də heç nə dəyişmədi”, - Alqazax Allahyarov bildirir.

6 sentyabr tarixində, Zol-Göyəçdə toplanmış əhalinin problemlərini həmin kəndin Bələdiyyə Məclisindəki deputatı Fərrux Sarıyev qəbul etmir. O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “5-6 nəfərin tələbi əhalinin tələbi adlandırıla bilməz”.

“Əhali tələb etmir, 5-6 nəfərdir. Bunu əhali adlandırmaq olmaz. Bu dövlət məsələsidir biz qarışa bilmərik. Tramplinlə bağlı yazmışıq və düzəldəcəklər. Problem haqqında bilirlər. Neçənci əsrdir ki, kimisə hədələyək”.

Zol-Göyəç sakinlərinin problemini müəyyən etmək üçün biz “RMC”-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Şirkətdən söz verdilər ki, məsələni aydılaşdıracaqlar. “Marneuli” radiosu cavab alan kimi materialı yeniləyəcək.


Print Email
FaceBook Twitter Google