Meriya Marneulidə keçiriləcək “Etalon” yarışı üçün 3 900 lari ödəyəcək

Marneuli meriyası Marneulidə keçiriləcək “Etalon” komanda yarışı üçün 3 900 lari ödəyəcək.


Müsabiqədə iştirak etmək məqsədi ilə yerli özünüidarəyə “Etalon”-un aparıcısı və müəllifi Qoça Tkeşelaşvili məktubla müraciət edib.

Sadələşdirilmiş müqavilədə qeyd olunub ki, müsabiqə Marneuli bələdiyyə məktəblərinin 6-cı, 7-ci sinif şagirdlərindən ibarət komandalar arasında keçiriləcək. Komandaların tərkibi məktəb tərəfindən seçiləcək və müvafiq siniflərin 5 şagirdindən
ibarət olacaq. Məhz bu komanda məktəbi maarifləndirici-yaradıcı yarışda təmsil edəcək.

“Etalon”-un ənənəvi formatına olan ictimaiyyət və bələdiyyələr tərəfindən stabil yüksək maraqdan irəli gələrək yeni formatda layihə hazırlanıb: “Etalonun” prinsiplərinə əsaslanaraq innovativ, artıq təsdiqlənmiş format – “Etalonun komanda çempionatı” hazırlanıb. Müsabiqə bələdiyyə məktəblərinin 6-cı,7-ci sinif şagirdlərindən ibarət komandalar arasında keçiriləcək. Məhz həmin komandalar məktəbləri maarifləndirici-yaradıcı yarışda təmsil edəcəklər. Yarış “Etalon”-un prinsiplərinə əsaslanan müvafiq texniki və təşkilati təminatla keçiriləcək. İlin sonunda bələdiyyələrin “Çempion komandaları” arasında final tədbiri keçiriləcək. Finalda Gürcüstanın “Etalon komandaları” müəyyən ediləcək. Komanda “Etalonu” Marneuli bələdiyyəsində payızda – 20 oktyabrda (ola bilsin tərəflərlə razılıq nəticəsində tədbirin vaxtı dəyişdirilsin) keçirilə bilər. İntellektual müsabiqənin keçirilməsi üçün bələdiyyə tərəfindən qismən maliyyələşdirməyə - 3 980 lariyə ehtiyac yaranacaq”, – məktubda yazılıb.

Qeyd edək ki, Marneuli meriyası artıq bir neçə ildir ki, müsabiqələrin keçirilməsi məqsədi ilə “Etalona” pul ayırır.

 

 

Print Email
FaceBook Twitter Google