Xilasedicilər Quriyada təbii fəlakət zonasında üçüncü cəsədi tapıblar
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri Quriya bölgəsində təbii fəlakət zonasında üçüncü cəsədi aşkar ediblər. Xilasedicilər bir neçə saat yeniyetməni axtarıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, hazırkı mərhələdə ikisi yeniyetmə olmaqla üç cəsəd tapılıb. 50-yə yaxın vətəndaş təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb.

Daxili İşlər Nazirliyi qeyd edir ki, Quriya bölgəsinə Daxili İşlər Nazirliyinin müvafiq
bölmələri həm canlı qüvvə, həm ağır texnika, həm də üzən maşınlar və bir qrup kinoloqu səfərbər edib. Fəlakət bölgəsinə nəzarət etmək üçün xüsusi dronlardan istifadə edilir.

Sentyabrın 8-də baş vermiş təbii fəlakətdən Quriya bələdiyyəsinin bir çox kəndləri zərər çəkib. Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, leysan yağışları nəticəsində bir neçə kənd uçub, yaşayış evlərini, əkin sahələrini su basıb, ağaclar qırılıb, torpaq kütlələri dağılıb, Quriya rayonunun bir neçə kəndinin xarici dünya ilə əlaqəsi kəsilib.

Güclü yağış nəticəsində qabaran Açqva çayı Kobuleti küçələrini basıb.


Print Email
Tags: Quriya
FaceBook Twitter Google