Sabirkənddə magistral su borusunun qurulması üçün 2 335 300 lari dəyərində tender elan olunub
Marneuli bələdiyyəsində, Sabirkəndə su borusu çəkiləcək.

Yerli özünüidarə işlərin həyata keçirilməsi üçün 2 335 300 lari dəyərində tender elan edib. Vəsaitin 95%-i dövlət büdcəsi, 5%-i isə meriya tərəfindən maliyyələşdirilir.

“İşləri həyata keçirən şirkət materiallarla bağlı sifarişçi ilə razılaşmalıdır. Tikinti/bərpa işləri başlayana qədər ərazidə layihənin gedişini yoxlamalı, eləcə də tikinti yerində layihədə qeyd olunmuş ölçülərə nəzarət
etməlidir. Hər hansı qeyri-dəqiqlik olduğu halda sifarişçiyə bildirməlidir. İşlərin həyata keçirilməsinə texniki nəzarəti sifarişçi təşkilat və ya sifarişçi tərəfindən seçilmiş müvafiq sahədə akkreditasiyadan keçmiş şirkət həyata keçirəcək. İşlərin həyata keçirilməsi prosesində işləri həyata keçirən keyfiyyətə və işlərin həyata keçirilməsinə nəzarəti təmin etməli, yoxlamanı həyata keçirən şəxs tərəfindən verilmiş şifahi, eləcə də yazılı tövsiyələri, qeydləri yerinə yetirməlidir”,
– tender sənədlərində yazılıb.

Sabirkəndə su borusunun çəkilməsi işləri üçün tender 8 sentyabrda elan olunub. Tenderdə iştirak etmək istəyən şirkətlər 24-29 sentyabr tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 210 gün ərzində işləri meriyaya təhvil verməlidir.

Print Email
FaceBook Twitter Google