Bələdiyyə Məclisi küçə ticarəti ilə mübarizə aparmaq üçün bazarın ətraf ərazisini istifadəyə verib
Bələdiyyə Məclisinin bu gün, 12 sentyabr tarixində baş tutan iclasında Marneuli bazar ərazisinin istifadəyə verilməsi və küçə ticarəti məsələləri də müzakirə olunub. Məsələnin məruzəçisi Qivi Qiorqadze bildirib ki, meriyanın məktubuna görə, ərazinin 15 il müddətinə birbaşa istifadəyə verilməsi qaydası, icarə haqqı ilə vətəndaş Tornike Robakidzeyə vermək istəyirlər.

90 kv.m torpaq sahəsi sonradan yüngül tipli qurğuların yerləşdirilməsi üçün
istifadəyə veriləcək. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bu məsələ ilə bağlı əlavə şərh verib və Marneuli bazarı ərazisindəki küçə ticarəti problemi haqqında danışıb.

“Bildiyiniz kimi, bazar ərazisindən hamımız keçməli oluruq və vəziyyəti görürük. Ona görə, düşünürük ki, hərəkət hissəsinin yanında, bələdiyyənin bu sahələri icarəyə vermək imkanı var və əlbəttə icarəni ödəyəndə buradan gəlir olacaq. Gördüyümüz vəziyyətdən irəli gələrək buna məcburuq. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq əhali yenə elə edir ki, faktiki olaraq bazar ərazisindən keçmək mümkün deyil. Xanımlar birbaşa küçədə dayanırlar və orada satış edirlər. Biz dəfələrlə xəbərdarlıq etdik. İndi bir daha edəcəyik və məlumat verəcəyik ki, bu ərazini təmizləməyi planlaşdırırıq. Nəzarət Xidmətinə artıq tapşırıq vermişik. Qeyd etdiyim kimi, küçənin ortasında otururlar və alış-veriş edirlər. Allah eləməsin, kimisə maşın vurar, bədbəxtçilik olar. Ona görə də mən bütün alıcılara da, satıcılara da xəbərdarlıq edirəm. Düşünürəm, oradan alış-veriş edənlər də qaydanı pozurlar. Orada dəhşətli vəziyyətdir, onlar getdikdən sonra sanki müharibə baş verib, o qədər zibil qalır. Bunlar hamısı sıravi vətəndaşlara və maşınlara hərəkət etməkdə mane olur”, – Amiran Qiorqadze bildirib.

Marneuli Bələdiyyə Məclisinin sədrinin sözlərinə görə, bələdiyyə yaxın gələcəkdə bazar ərazisini küçə ticarətindən azad etmək üçün ölçülər götürəcək.

Marneuli Bələdiyyə Məclisinin iclasında yekunda sosial məsələlər müzakirə olunub. Məruzəçi Teona Parciani bildirib ki, Marneulidə yaşayan üç vətəndaş meriyaya ərizə verib və onlar ağır iqtisadi vəziyyətdədirlər. Buna görə də birdəfəlik maddi yardım istəyirlər. Bələdiyyə Məclisi meriyaya həmin şəxslərə yardım etmək üçün müraciət edib.

Bələdiyyə Məclisində ümumilikdə dörd məsələ müzakirə olunub. Deputatlar hər dörd məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.



Print Email
FaceBook Twitter Google