Marneuli meriyası yeni su çənini 1 375 lariyə alıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriyaya su çəni almaq üçün "Vip Group" MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb. Marneuli meriyası tərəfindən yayımlanmış sadələşdirilmiş xatırlatma kartına görə, su çəni meriya binasında quraşdırılacaq.

"Xatırladaq ki, meriyanın inzibati binasının dam örtüyündə yerləşdirilmiş su çəni sıradan çıxıb, dəyişdirilməyə, quraşdırılmaya və daşınmasına
ehtiyac var. Xahiş edirik, qanunvericiliklə nəzərdə tutulmuş xərclərlə bağlı tədbirlərin aparılması üçün müvafiq xidmətə tapşırıq verəsiniz",
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Yerli özünüidarə meriya üçün yeni su çənini 1 375 lariyə alıb.

Print Email
FaceBook Twitter Google