ABŞ Gürcüstanın sabiq baş prokuroruna sanksiya tətbiq edib
ABŞ Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladzeni sanskiyalar siyahısına əlavə edib.

Bu barədə ABŞ Dövlət Departmentinin saytında yerləşdirilmiş bəyanatda bildirilib.

Qeyd edilib ki, gürcüstanlı-rusiyalı oliqarxı Otar Partsxaladze Rusiya iqtisadiyyatı üçün konsaltinq sektorunda fəaliyyət göstərdiyi üçün sanskiya siyahısına əlavə edilib.

Ehtimal olunub ki,Partsxaladze FTB əməkdaşının yardımı ilə Rusiya pasportu və vətəndaşlığı əldə edib.

Qeyd olunub ki, FTB tez-tez Rusiyaya səfər edən Partsxaladzeyə gürcü cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etməsinə dəstək verir. Bundan başqa Partsxaladzenin də FTB ilə əlaqələrindən şəxsən faydalandığı bildirilib.
Mənbə: apa.az

Print Email
FaceBook Twitter Google