Marneuli meriyası 500 kağız çantanı 2490 lariyə alıb
Marneuli yerli özünüidarəsi 500 ədəd kağız çantanı sadələşdirilmiş qaydada alıb. Marneuli meriyası çantaları "Prani" MMC-dən 2490 lariyə əldə edib.

Meriyanın yayımladığı sadələşdirilmiş müqaviləyə əsasən, çantalara Marneuli meriyasının loqosu həkk olunub.

"Bildiyiniz kimi, 2023-cü tədris ilinin gəlişi ilə bağlı aztəminatlı ailələrə, eşitmə qüsurlu, fiziki imkanları məhdud şəxslərə (300 uşaq) məktəb ləvazimatları veriləcək.

Qeyd olunan paketlərin verilməsi üçün
Marneuli bələdiyyəsinin loqosu əks olunmuş, 300 ədəd "sizi dərs ilinin başlaması münasibətilə təbrik edirik" yazılmış hədiyyə çantasına ehtiyac var.

Eləcə də müxtəlif tədbirlər və rəsmi görüşlər üçün Marneuli bələdiyyəsinin simvolu təsvir olunmuş standart 200 çanta lazımdır",
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Marneuli meriyası şagirdlərə 300 ədəd çanta almaq üçün fərdi sahibkar Nukri Kldiaşvili ilə müqavilə bağlayıb. Meriya Kldiaşviliyə məktəb çantaları üçün 9900 lari ödəyib.

Yerli özünüidarə məktəb/dəftərxana ləvazimatları almaq üçün 6534 lari dəyərində tender elan edib. Tenderdə yalnız bir şirkət, GEOSEM MMC iştirak edib. Şirkət meriyaya 300 uşağa dəftərxana ləvazimatlarını 4841 lariyə almağı təklif edib.

Print Email
FaceBook Twitter Google