Meriya qayda pozuntularını qeydə almaq üçün sinə kameraları alıb
Marneuli bələdiyyəsinin Nəzarət Xidməti müxtəlif qayda pozuntularına yerində cərimə yazacaq. İznibati Xətalar Məcəlləsində edilmiş dəyişikiklər nəticəsində meriyanın Nəzarət Xidməti bələdiyyə torpağının qanunsuz mənimsənilməsi, tullantıların atılması və səs-küy yaratmaq kimi məsələlərlə bağlı məhkəmədən kənar, sərbəst şəkildə cərimələr yaza bilər.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Nəzarət Xidmətinə üç ədəd sinə kamerasını sadələşdirilmiş qaydada alıb. Meriya kameraları “Georgian İnnovation Technology” MMC-dən 1
930 lariyə alıb.

Marneuli meriyasının Nəzarət Xidmətinin rəhbəri Tural İsmayılov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriya yaxın gələcəkdə 2 ədəd səs ölçən cihaz da alacaq.

“Gündüz və gecə saatlarında həddindəna artıq səs-küy olan halda fiziki eləcə də, hüquqi şəxsləri cərimələyə bilərik. Bunun üçün səs normasını müəyyən etməliyik və məhz buna görə, xüsusi aparatura lazımdır. Sinə kameraları ilə bağlı qanunda da dəyişiklik edilib və bəzi pozuntular bələdiyyənin hüquqlarına keçib. Bələdiyyənin müvafiq xidməti, bu halda bizim, Nəzarət Xidməti yerində vəziyyəti araşdıracaq, pozuntunu qiymətləndirəcək, lazım olan halda yerində vətəndaşa cərimə yazacaq. İndiyə qədər bütün qayda pozuntularına görə protokol tərtib edirdim və məhkəməyə göndəriridik, müzakirə edirdilər. İndi isə həmin pozuntulara görə, özümüz cərimə yaza bilərik”, – Tural İsmayılov bildirdi.

Marneuli meriyasının Nəzarət Şöbəsi rəhbərinin açıqlamasına görə, şöbəyə sinə kameraları faktı qeydə almaq, eləcə də Nəzarət Şöbəsinin yerində qayda pozuntusunu aşkarladığı zaman həyata keçirəcəyi prosedurlar üçün lazımdır. İsmayılovun sözlərinə görə, sinə kameraları vasitəsi ilə faktı təsdiq etmək asanlaşacaq və etiraz olan halda meriyanın cərimə qəbzini yazdığı ilə bağlı video qeyd olacaq. Qəbzdə qayda pozuntusunun əsası ətraflı qeyd olunacaq.

Print Email
FaceBook Twitter Google