Meriya Svan Etnoqrafik Muzeyinin və parkın tikilməsi üçün tenderin dəyərini artırıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tamarisi kəndində Svan Etnoqrafik Muzeyinin və parkın tikintisi işləri üçün tenderi dördüncü dəfə, artırılmış vəsaitlə elan edib.

Marneuli meriyası Tamarisidə Svan Etnoqrafik Muzeyi və parkın tikintisi işlərinin həyata keçirilməsi üçün 681 697 lari dəyərində ilk tenderi 28 aprel tarixində elan etmişdi. Amma tender mənfi nəticə ilə başa çatdı. Eləcə də 1
iyun və 28 iyulda elan edilmiş tenderlər də mənfi nəticə ilə başa çatdı. Həmin tenderlər də eyni vəsaitlə elan edilmişdi.

Parkın qurulması layihəsində qeyd olunub ki, layihədə Svan Etnoqrafik Muzeyinin tikintisi də nəzərdə tutulub.

“Layihə Tamarisi kəndində Svan Etnoqrafik Muzeyinin konstruktiv hissəsini nəzərdə tutur. Layihə təqdim edilmiş arxitektur hissəsi və geologiya əsasında baş tutub”, – izahatnamədə deyilir.

Marneuli meriyası 18 sentyabrda Tamarisi kəndində parkın və etnoqrafik muzeyin tikintisi üçün dördüncü dəfə, artırılmış vəsaitlə tender elan edib. Yerli özünüidarə işləri 873 847 lariyə həyata keçirməyi planlaşdırır. Bu isə əvvəlki tenderlərlə müqayisədə 192 150 lari artıqdır.

Tamarisidə Etnoqrafik Muzey və parkın tikinti işləri üçün tenderdə iştirak etmək istəyən şirkətlər 4 oktyabrdan 9 oktyabra qədər öz təkliflərini göndərə bilərlər. Tenderə görə, qalib şirkət işləri 270 gün ərzində həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google