Marneuli meriyası azərbaycandilli qəzetin 3 200 nüsxəsini alacaq

 

Marneuli yerli özünüidarəsi etnik azlıq nümayəndəsi olan əhaliyə məlumatın çatdırılması üçün azərbaycandilli qəzetin alınması ilə bağlı sadələşdirilmiş qaydada müqavilə bağlayıb.



Meriya tərəfindən yayımlanmış sadələşdirilmiş müqaviləyə görə, Marneuli meriyası “Gürcüstan qəzeti” MMC-dən hər həftə 200 qəzet alacaq.

“Xatırladaq ki, Marneuli yerli özünüidarəsi tərəfindən əhaliyə məlumat verilməsi ilə əlaqədar həyata keçirilmiş müxtəlif fəaliyyətlərə baxmayaraq bələdiyyədə yaşayan vətəndaşların bir hissəsi
üçün mərkəzi və ya yerli televiziyalarda bələdiyyənin onlayn kanalları əlçatan deyil.

Qeyd etmək lazımdır ki, Marneuli bələdiyyəsi ərazisində yaşayan əhalinin əksəriyyəti etnik azərbaycanlılardır.

Buradan irəli gələrək, vətəndaşlar üçün (konkret hədəf qrup üçün) ölkədə və Marneuli bələdiyyəsində olan yeniliklər haqqında çap mediasının alınması və etnik azlıqlara başa düşdükləri dildə (Azərbaycan dilində) çatdırılmasını məqsədəuyğun hesab edirik”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Meriyanın məlumatına görə, qəzetdə Marneuli bələdiyyəsində həyata keçirilən yeniliklər və müxtəlif aktivliklər haqqında məlumat da çap olunacaq.

Marneuli meriyası “Gürcüstan qəzeti” MMC ilə sadələşdirilmiş qaydada müqaviləni 19 sentyabrda bağlayıb. Meriya qəzetin alınmasına ümumilikdə 3 200 lari ödəyəcək. Müqaviləyə əsasən şirkət Marneuli meriyasına 16 həftə ərzində, hər həftə 200 qəzet verməlidir.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, meriya qəzetləri merin inzibati vahidliklərindəki nümayəndələrinə verəcək və əhali onlardan pulsuz qəzet götürə biləcək.

 

Print Email
FaceBook Twitter Google