Marneulidə "Yaşıl Düşüncə"nin təşəbbüsü ilə plastik tullantılar atılması üçün yer açılıb
Marneulidə, Azərbaycan Evinin həyətində plastik tullantıların atılması üçün yer açılıb. Plastik tullantıları zibil qablarına atmaq əvəzinə qeyd olunan məntəqəyə gətirərək, təhvil verə bilərsiniz.

Toplanan plastik tullantılar Rustavi şəhərində yerləşən plastik tullantıların təkrar emalı zavoduna təhvil veriləcək.

"Hər birinizi 3 ay ərzində keçiriləcək “Marneuli plastik tullantılarsız" aksiyasında fəal iştirak etməyə, tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə dəstək olmağa, eyni
zamanda polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırırıq",
– "Yaşıl Düşüncə"nin təsisçisi Gülgün Məmmədxanova deyir.

Qeyd edək ki, plastikləri qəbul edən məntəqə "3R Marneuli: Think Green" layihəsi çərçivəsində, təşəbbüs qrupu "Yaşıl Düşüncənin" təşkilatçılığı, Azərbaycan evinin dəstəyi və "TASO fonudu"nun maliyyə dəstəyi ilə açılıb.

Onu da qeyd edək ki, "Yaşıl Düşüncənin" təşkilatçılığı ilə Marneulidə təmizlik aksiyaları da keçirilir. Bu aksiyaya Marneuli bələdiyyəsinin ictimai məktəbləri də qoşulub. Təşəbbüs qrupu olan "Yaşıl Düşüncə" gələcəkdə, bələdiyyədə "Marneuli Təmizlik Günü" kimi qeyd olunması üçün fəal şəkildə çalışırlar.

Print Email
FaceBook Twitter Google