Meriya “Marneuloba 2023”-də qidaya əlavə 16 588 lari ödəyib
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi “Marneuloba 2023” tədbirində qonaqların qarşılanması üçün fərdi sahibkar Vladimer Kimadze ilə sadələşdirilmiş müqavilə bağlayıb.

“Bildiyiniz kimi, cari ilin 17 sentyabr tarixində, Marneuli bələdiyyəsinə “Marneuloba” tədbiri keçirilir. Həmin günlə əlaqədar müxtəlif bələdiyyələrdən və dövlət qurumlarından qonaqlar dəvət olunacaq. Onların qarşılanması məqsədi ilə xərclərlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin aparılmasına ehtiyacımız var”,
– sadələşdirilmiş izahatnamədə
qeyd olunub.

Marneuli meriyası “Marneuloba 2023”-də qonaqların qarşılanması üçün Vladimer Kimadzeyə 16 588 lari ödəyib.

Qeyd edək ki, Marneuli meriyası “Marneuloba 2023”-ün qeyd olunmasına 128 900 lari xərcləyib. Bu vəsaitə tədbirdə icmalara guşələr üçün qida məhsullarının alınması da daxil idi.

“Marneuloba 2023”-ə Nino Çxeidze və Gecə Şousunun yığması dəvət olunmuşdu.

Print Email
FaceBook Twitter Google