Meriya daxili suvarma kanallarının bərpası üçün 83 119 lari dəyərində tender elan edib
Marneuli meriyası Marneuli bələdiyyəsi ərazisindəki daxili suvarma kanallarının bərpası və xidmət göstərilməsi işləri üçün 83 119 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, torpağın qazılması və ekskavatorla özüboşaldan yük maşınlarına yüklənməsi, torpağın əl ilə işlənməsi və özüboşaldan yük maşınlarına yüklənməsi, 1 nasosla suyun çəkilməsi, monolit dəmir/beton kanalın qurulması və s. nəzərdə tutulub.

Tenderdə qeyd olunduğuna görə,
xidmət müqavilə bağlandıqdan 2024-cü ilin 31 martına qədər, mərhələli şəkildə, yazılı tapşırığa uyğun olaraq göstərilməlidir.

Tenderdə iştirak etmək istəyən namizədlər 22-27 oktyabr tarixlərində təkliflərini təqdim edə bilərlər.

Meriya bu kimi xidmətlərə görə, ötən il də tender elan etmişdi. Qafqaz Ekoloji QHT-lər Şəbəkəsi – CENN-nin Marneuli meriyası ilə fəal şəkildə məlumatlandırma kampaniyası aparmasından sonra tender elan edilmişdi.

Print Email
FaceBook Twitter Google