Meriya hərbi şəhərcikdə və Algetidə istirahət məkanlarının yaradılması üçün təkrar tender elan edib
Marneuli yerli özünüidarəsi Marneuli hərbi şəhərciyində uşaqlar üçün əyləncə məkanı və Algeti kəndində parkın salınması üçün təkrar tender elan edib. Yerli özünüidarə birinci tenderi 18 avqust tarixində elan etmişdi. Tenderdə yalnız bir şirkət – “Arki Plus” MMC iştirak etmiş və meriyaya işləri 139 070 lariyə həyata keçirməyi təklif etmişdi. Amma tender baş tutmamışdı.

Marneuli meriyası ikinci
tenderi 29 sentyabr tarixində elan edib. Tender sənədlərinə görə, Marneuli şəhərində, hərbi şəhərcikdə çoxfunksiyalı attraksionun, stol-stulların, yelləncəklərin quraşdırılması planlaşdırılır. Layihədə həmçinin, kauçuk piltələrdən örtüyün qurulması, zibil qabının yerləşdirilməsi də nəzərdə tutulub.

Algeti kəndində parkın tikintisində cığırların salınması, uşaq attraksionlarının quraşdırılması, zibil qablarının yerləşdirilməsi, stulların montajı nəzərdə tutulub.

Marneuli meriyası Algeti kəndində parkın salınması və hərbi şəhərcikdə uşaqlar üçün əyləncə məkanının yaradılması üçün yenə də 150 277 lari xırcləməyi planlaşdırır.

Tenderdə iştirak etmək istəyə şirkətlər 15 oktyabrdan 20 oktyabra qədər öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google