Marneuli meriyası “Şərab günlərində” hökumət nümayəndələrini qarşılamaq üçün 8 334 lari xərcləyib
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneulidə hər il keçirilən “Şərab günləri” festivalına dəvət olunmuş hökumət nümayəndələrinin nahar yeməyi üçün fərdi sahibkar Valeri Kimadze ilə sadələşdirilmiş müqavilə bağlayıb.

“Bildirmək istəyirik ki, cari ilin 7-15 oktyab tarixində, Gürcüstan hökumətinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan miqyasında müxtəlif regionlarda hər il “Şərab günləri” festivalı keçirilir. Həmin tədbir çərçivəsində Marneuli bələdiyyəsində cari ilin 8
oktyabrında festival keçiriləcək. Festivala müxtəlif qurumlardan qonaqlar dəvət olunacaq.

Bundan irəli gələrək, xahiş edirik müvafiq xidmətə dəvət edilmiş qonaqlar üçün nahar yeməyinin verilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin həyata keçirilməsi tapşırığı verilsin”,
– Marneuli meriyasının İnzibati Xidmət rəhbəri tərəfindən Marneuli meriyasına yazılmış izahatnamədə qeyd olunub.

Marneuli meriyası qonaqlar üçün nahar yeməyinə görə, Valeri Kimadzeyə 8 334 lari ödəyib.

Qeyd edək ki, “Şərab günləri” ənənəvi olaraq hər il Gürcüstanın müxtəlif bələdiyyələrində keçirilir. “Şərab günləri”-nin təşkilatçısı mərkəzi hakimiyyətdir.

Print Email
FaceBook Twitter Google