Marneuli meriyası Tamarisdə biotəmizləmə qurğusunun təmirinə 16 983 lari xərcləyib
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tamarisi kəndində, Svanlar məntəqəsində kanalizasiya sistemindəki biotəmizləmə qurğusunda elektrik mühərrikin dəyişdirilməsi üçün iki sadələşdirilmiş müqavilə bağlayıb.

“Tamarisinin Marneuli meriyasındakı nümayəndəsinin 2023-cü il 8 aqvusta olan izahatnaməsi ilə əlaqədar bildirmək istəyirik ki, Tamarisi kəndində Marneuli bələdiyyəsinin balansında olan biotəmizləmə qurğusu var. Araşdırılan və təqdim olunan məlumata görə, aydın olur ki, qeyd olunan biotəmizləmədəki kompressor sıradan
çıxıb və yenisi ilə əvəz olunmalıdır. Məsələni araşdırmaqla da aydın olub ki, kompressorun spesifikasından irəli gələrək yalnız analoji xüsusiyyətləri olan kompressor alınmalıdır. Başqası alınan halda isə ola bilsin biotəmizləmə qəzalı rejimdə işləsin, qurğuların rekonstruksiya-bərpasına ehtiyac yaransın”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Tamarisidə biotəmizləmə qurğusunun təmiri üçün sadələşdirilmiş iki müqavilənin “Construction Development Studio” MMC ilə bağlayıb.

Birinci müqaviləyə əsasən, Marneuli meriyası şirkətə kompressorun alınması üçün 9 850 lari ödəyəcək. İkinci tenderə görə, elektrik pəri və onun quraşdırılma-sökülmə xidməti üçün yerli özünüidarə 7 133 lari ödəməlidir.

Print Email
FaceBook Twitter Google