Marneuli bələdiyyəsinin infrastruktur layihələrindən 760 000 lari dəyərində qənaət edilib
Marneuli bələdiyyəsində layihələrin həyata keçirilməsi zamanı 760 000 lari dəyərində qənaət edilib.

Qeyd olunan məsələ bu gün, 30 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında müzakirə olunub. Məsələni Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze müzakirəyə çıxarıb və bildirib ki, müxtəlif infrastruktur layihələri başa çatdıqdan sonra Marneulinin büdcəsində vəsait qalıb.

Onlar arasında küçə işıqlarının quraşdırılması, yolların
tikintisi, suvarma kanallarının bərpası və s. kimi layihələr qeyd olunub. Çxitunidzenin sözlərinə görə, artıq qalmış vəsaitin hesabına büdcədə nəzərdə tutulmuş üç istiqamətdə məbləği artırıblar.

“İçməli suyun istismarı maddəsi. Subsidiyalar 260 000 lari artırılacaq. Bayram tədbirləri 200 000 lari, idman müəssisələrinə dəstək 300 000 lari artırılacaq. Qeyri-maddi aktivlər maddəsinin artımı 56 544 lari azaldılacaq. Yolların tikintisi və bərpası 179 337 lari, içməli su sisteminin tikintisi və bərpası 131 253 lari (qeyd olunan qənaət layihələrdən biri çərçivəsində edilib) azaldılacaq. Suvarma kanalları və sahil bərkitmə tikintilərinin bərpası 51 000 lari azaldılacaq. Eləcə də biz zibil daşıyan maşın aldıq, buradan 133 654 lari qənaət edildi. Bələdiyyə nəqliyyatının yenilənməsində 400 lari qənaət edilib. Küçə işıqlarının yeni nöqtələrinin qurulması 11 953 lari azaldılıb. Məktəbəqədər Təhsil Müəssisələrinin təchizat-bərpasından 36 901 lari, idman obyektlərinin təchizat-bərpasından 124 703 lari qənaət var”, – Koba Çxitunidze bildirib.

Bələdiyyə Məclisinin iclasında gündəlikdə nəzərdə tutulmuş iki məsələ, həmçinin, büdcədə ediləcək dəyişikliklər və sosial məsələlər müzakirə edilib. Deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər.


Print Email
FaceBook Twitter Google