Meriya Marneulinin yeni il ərəfəsində bəzədilməsi üçün 184 500 lari dəyərində tenderi 350 070 lariyə qədər artırıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Marneuli şəhərinin yeni il ərəfəsində bəzədilməsi üçün elan edilmiş tenderi 165 570 lari artırıb. Marneuli meriyası Marneuli şəhərinin yeni il ərəfəsində bəzədilməsi üçün birinci tenderi 23 oktyabr tarixində elan etmişdi. Tenderə görə, meriya işlər üçün 184 500 lari xərcləməyi planlaşdırırdı.

Meriya birinci tenderi bir neçə gündən sonra dayandırıldığını elan etdi. Səbəb olaraq isə yeni il ərəfəsində şəhər küçələrinin tam bəzədilməsinin təmin edilməsi üçün tenderin texniki tapşırığının formalaşdırılması qeyd olunmuşdu. Marneuli meriyası yeni elan edilmiş tenderə bir neçə küçə əlavə edib və həmin küçələr yeni il üçün işıqlarla bəzədiləcək.

Marneuli meriyası Marneuli şəhərində yeni il günlərində şəhər və ətraf ərazilərin bəzədilməsi üçün yeni il işıqları konstruksiyası və müxtəlif qurğuların quraşdırılma-sökülmə xidməti ilə bərabər alınmasına görə 7 noyabr tarixində tender elan edib. Meriya hazırda xidməti 350 070 lariyə almağı planlaşdırır.

2024-cü il üçün bəzədiləcək küçələrin siyahısını sizə təqdim edirik:
  • 26 may küçəsinin işıqlandırması girişdən başlasın / quraşdırılsın və mövcud arkanın bələdiyyənin əmlakında olan işıqlarla bəzədilsin.
  • 26 may küçəsi - “Yenə də böyüyəcəklər” heykəlinin ərazisində yerləşən park / “Mən Marneulini sevirəm” konstruktiv yazısı / mövcud dirəklər və qazonlar bələdiyyənin əmlakında olan çilçıraqlarla / maralları işıqlandıran fiqurlar / şam ağacını işıqlandıran fiqurlarla bəzədilsin-quraşdırılsın-yerləşdirilsin
  • “Yenə də böyüyəcəklər”
  • 26 may küçəsi – Arkadan Gorgia hipermarketinə qədər
  • 26 may küçəsinin – Gorgia hipermarketindən mərkəzi meydana qədər bələdiyyənin əmlakında olan, üfüqi uzanan/asma işıqların quraşdırılması
  • 26 may küçəsinin – mərkəzi meydanda fəvvarənin bələdiyyə əmlakında olan işqıalrla işıqlandırılması və bununla yanaşı, “2024-cü iliniz mübarək” mətninin yeni materialla hazırlanması-quraşdırılması
  • Rustaveli küçəsi / Mədəniyyət Evi binası və ərazisinin / özünüidarənin inzibati binası və ərazisinin işıqlandırılması
  • Rustaveli küçəsi – mərkəzi meydandan başlayaraq dəmiryolunu kəsən körpüyə qədər bələdiyyə əmlakında olan üfüqi uzanan asma işıqların quraşdırılması
  • Rustaveli küçəsi – dəmiryolunu kəsən körpüdən başlayaraq Ata-Holdinq çoxfunksiyalı idman kompleksinə qədər bələdiyyə əmlakında olan üfüqi uzanan asma işıqların quraşdırılması
  • Rustaveli küçəsi – Mədəniyyər Evi binası / binanın ərazisindəki park / mövcud dirəklər / ağaclar/ kollar bələdiyyənin əmlakında olan işıqlarla /marallar, mələklər, konusları işıqlandıran fiqurlarla bəzədilsin-quraşdırılsın-işıqlandırılsın
  • Dairə
  • Azərbaycan Evi
  • Azərbaycan Evinin qarşısındakı park
  • Rustaveli küçəsi – özünüidarənin inzibati binası – eyvanları / bina ərazisindəki park / mövcud körpülər / bələdiyyənin əmlakında olan işıqlarla /marallar, mələklər, konusları işıqlandıran fiqurlarla bələdiyyənin əmlakında olan 15 m mərkəzi şam ağacının bəzədilməsi-quraşdırılması-yerləşdirilməsi. Həmçinin, sifarişi yerinə yetirən tərəfindən yeni materialla “2024-cü iliniz mübarək” yeni il təbrik mətninin hazırlanması-quraşdırılması
  • Özünüidarəetmə inzibati binasının yaxınlığındakı ərazidə Rustaveli küçəsində səma işıqlandırması
  • Özünüidarənin inzibati binasının qarşısındakı park
  • Nərimanov küçəsinin dairəsi
  • Səməd Vurğun küçəsinin dəmiryolunun yanında yerləşən dairəsi bələdiyyə əmlakında olan işıqlarla bəzədilsin

Print Email
FaceBook Twitter Google