Opreti inzibati vahidliyinə bir neçə gün ərzində su verilməyib – meriya nasos stansiyasını təcili surətdə təmir edib
Marneuli yerli özünüidarəsi Opreti kəndindəki içməli su nasos stansiyasının təmiri üçün fərdi sahibkar Boris Beçvia ilə sadələşdirilmiş müqavilə bağlayıb. Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, Opreti kəndində su təchizatı sisteminin nasos stansiyası bir neçə gün ərzində sıradan çıxıbmış və buna görə də Opreti icmasının sakinlərinə içməli su verilməyib.

Marneuli bələdiyyəsinin Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin rəhbəri tərəfindən Marneuli meriyasına yazılmış izahatnaməyə əsasən, Opretinin dağlıq icma olmasından, bələdiyyə mərkəzindən uzaqda yerləşməsindən irəli gələrək, meriya nümayəndələri əhaliyə alternativ şəkildə içməli su verilməsini təmin edə bilməyiblər. Məhz buna görə meriya nasos stansiyasının təmirinə təcili surətdə qərar verib.

“Bildiyiniz kimi, Opretidə kəndlərin – Opreti və Xoxmelinin su təchizatı sisteminin nasos stansiyası fəaliyyət göstərir. Həmin stansiya 10 il əvvəl tam istismara verilib və üç gündür, sıradan çıxıb/yanıb. Biz təmir etməyə çalışsaq da, onu təmir etmək mümkün olmayıb, buna görə də bir neçə gün Opreti inzibati ərazi vahidliyinin əhalisinə içməli su verilməyib. Opreti inzibati ərazi vahidliyinin dağlıq məntəqə və Marneuli şəhərindən uzaq olması faktı da buna əlavə olunur. Marneuli yerli özünüidarəsinin öz imkanı daxilində də faktiki olaraq içməli suyun oraya qədər çatdırılması/verilməsi mümkün deyil. Yaranmış vəziyyəti təxirəsalınmaz vəziyyət olaraq nəzərə alırıq”, - sadələşdirilmiş izahatnamədə deyilir.

Marneuli yerli özünüidarəsi fərdi sahibkar Boris Beçviaya mərkəzi nasosun alınması və quraşdırılması üçün 6000 lari 30 tetri ödəyib.

Marneuli “Kənd Suları”-nın nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Opreti kəndində içməli su stansiyası artıq təmir olunub və əhaliyə adi rejimdə su veriləcək.

Print Email
FaceBook Twitter Google