Marneuli meriyası əməkdaşlar üçün ortamüddətli inkişaf sənədinin təqdimatını keçirib
Marneuli yerli özünüidarəsi meriya və Bələdiyyə Məclisinin əməkdaşları üçün ortamüddətli inkişaf sənədinin təqdimatını keçirib. Marneuli meriyası tərəfindən yayımlanmış məlumata görə, Marneuli meri Kənan Ömərovun təşəbbüsü ilə meriyanın konfrans zalında bələdiyyənin ortamüddətli inkişaf sənədinin təqdimatını keçirib.

“Qeyd edək ki, sənəd bələdiyyənin ortamüddətli sosial-iqtisadi inkişafının əsas planından ibarətdir. Plan baxışları, məqsdələri və onlara nail olmağın konkret mexanizmlərini müəyyən edir.

Merin sərəncamı ilə yaradılmış işçi qrupu planlaşdırma prosesində vətəndaş və özəl sektorun yüksək iştirakını təmin edib”,
– Marneuli meriyası tərəfindən yayımlanmış məlumatda qeyd olunub.

Marneuli Bələdiyyə Məclisi tərəfindən yayımlanmış məlumata görə, 2024-2027-ci illərin ortamüddətli inkişaf sənədində müxtəlif sahələrin inkişafı nəzərə alınıb, onlar arasında olan sahələr:
  • Sosial-iqtisadi;
  • Kənd təsərrüfatı;
  • İnvestisiya mühiti;
  • Ekologiya və tullantıların idarə edilməsi;
  • Turizm sənayesi, xüsusilə aqroturizm, mədəni turizm, qastro-turizm və s.
Marneuli meriyasının məlumatına görə, müzakirə rejimində davam etdirilən təqdimatda özünüidarənin rəhbər şəxsləri, işçi qrupunun, Marneuli Bələdiyyə Məclisi Aparatının, Əmlakın İdarəedilməsi və Təbii Resurslar Komissiyasının, eləcə də Məkan Quruculuğu və İnfrastruktur Komissiyasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, yerli özünüidarə təqdimat haqqında “Marneuli” radiosuna məlumat verməyib.

Print Email
FaceBook Twitter Google