Marneuli meriyası Yuxarı Qullar sakinlərinə tələblərini nəzərə alacaqlarını vəd edib
“Salam” platrforması Marneulidə, Aşağı Qullar kəndində əhalinin problemlərini araşdırıb. Təşkilatın yayımladığı məlumata görə, yerli sakinlər yolların xarab olması, uşaq bağçasının olmaması kimi problemləri səsləndiriblər.

Qullar əhalisi Marneuli meriyasına kəndin daxili yollarına asfalt qatının çəkilməsi və körpünün bərpası tələbi ilə müraciət edib. “Salam” platformasının “Marneuli” radiosuna verdiyi məlumata görə, yerli özünüidarə Yuxarı Qullarda yol infrastrukturunun qaydaya salınması üçün vəsaiti 2024-2025-ci ilin büdcəsində nəzərə almağı planlaşdırır.

“Biz - "Salam"ın könüllüləri 22 oktyabr tarixində Marneuli bələdiyyəsinin Aşağı Qullar kəndində işlədik. Kənd sakinləri ilə söhbət zamanı onlar bizi kəndin problemləri ilə tanış etdilər. Problemlər kəndin daxili yollarının qəzalı vəziyyətdə olması, uşaq bağçası və məktəbəqədər təhsilin əlçatmaz olması, kənddə uşaqlar üçün oyun meydançası və ya stadionun olmaması, Qullar və Kürtləri əlaqələndirən (həmçinin, 10-a yaxın qonşu kəndi) piyada körpüsünün bərpası məsələsi.

Sadalanan problemlərdən Aşağı Qullar sakinlərinin təşəbbüsü ilə yerli özünüidarəyə kəndin daxili yollarına asfalt qatı çəkilməsi və körpünün bərpası tələbi ilə müraciət etdik. Qeyd edək ki, Aşağı Qullar sakinləri də bildirdilər ki, dil baryerinə görə, yerli bələdiyyə ilə münasibət qura bilmirlər. Bu səbəbdən bu günə qədər müvafiq qurumlara problemlərlə bağlı yazılı müraciət edə bilməyiblər. Dövlət dili haqqında üzvi qanuna əsasən, dövlət və bələdiyyə orqanları etnik azlıq nümayəndələrinin sıx məskunlaşdığı regionlarda lazım gəldiyi halda ərizələri, şikayətləri qəbul etməli, müvafiq cavabları tərcümə edilmiş şəkildə etnik azlıqlara ana dilində verməlidirlər. Buna baxmayaraq, Kvemo Kartlinin heç bir bələdiyyəsində vətəndaşlar bu hüquqlardan yararlana bilmirlər”.
– “Salam” yazır.

Kəndlərə səfərlər “Gənclər icmanın iştirakı üçün” layihəsi çərçivəsində həyata keçirilir. Layihə USAİD-in vətəndaş iştirakı proqramının dəstəyi ilə həyata keçirilir.

Print Email
FaceBook Twitter Google