Yerli özünüidarə Marneuli meriya binasının təmir edilməsini planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriya binasının birinci, ikinci və üçüncü mərtəbələrinin bərpasını planlaşdırır. Yerli özünüidarə 15 noyabr tarixində, Marneuli meriya binasının bərpa/yenidənqurma işləri üçün lazımı smeta sənədlərinin tərtib edilməsi xidmətinə görə 25 000 lari dəyərində tender elan edib.

Meriya binasının bərpa işlərinin texniki tapşırığına əsasən, meriyanın birinci mərtəbəsində İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin gözləmə otağı, Maddi-Texniki Təminat Şöbəsinin otağı, mühafizə polisinin otağı, Qadın otağı, birinci mərtəbənin dəhlizləri, Nəzarət Xidmətinin otaqları təmir olunmalıdır.

İkinci mərtəbədə hər iki konfrans zalın və dəhlizlərin təmiri nəzərdə tutulub. Üçüncü mərtəbədə isə üç eyvan, merin birinci müavinin iş otağı və üçüncü mərtəbənin dəhlizlərinin təmiri planlaşdırılır.

Bundan əlavə, layihə ilə meriya binasının dam örtüyünün tam təmiri və fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilmiş liftin quraşdırılması nəzərdə tutulub. Texniki tapşırığa görə, işlərin güman edilən dəyəri 500 000 lari olacaq.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriya binasının birinci mərtəbəsi və fasadın bərpa işləri üçün artıq 1 172 284 lari xərcləyib. Buradan 825 900 lari meriya binasının həyət və ətraf ərazisinin bərpasına, abadlaşdırılmasına, 346 384 lari isə birinci mərtəbənin bərpasına xərclənib.

Print Email
FaceBook Twitter Google