Marneulinin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsinə başlanılıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsinə başlanılıb. Artıq Marneuli Bələdiyyə Məclisinə büdcə layihəsi ilə əlaqədar qeydlər təqdim etmək mümkündür.

“Yerli Özünüidarə Məcəlləsi”-nin Gürcüstan Üzvi Qanununun 91-ci maddəsinin birinci və ikinci bəndlərinə uyğun olaraq, Marneuli bələdiyyəsinin 2024-cü il yerli büdcə layihəsini sənədlərlə birlikdə müzakirə üçün təqdim etdik. Xahiş edirik, öz təklif və qeydlərinizi CLOAKING elektron poçt ünvanına göndərə bilərsiniz və ya yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərsiniz: Marneuli şəhəri, Rustaveli küçəsi N73, I mərtəbə, vətəndaşlar şöbəsi. Qeyd və təkliflərinizi 2023-cü ilin 25 noyabr tarixində qədər təqdim olunmalıdır”, – Marneuli meriyası tərəfindən yayımlanmış məlumatda qeyd olunub.

Marneuli meriyası büdcə layihəsini müzakirə üçün Bələdiyyə Məclisinə göndərib. Bələdiyyə Məclisi layihə ilə əlaqədar müzakirə aparacaq və qeydlər olduğu halda meriyaya müraciət edəcək. Qeydlərin düzəlişindən sonra isə meriya büdcə layihəsini Bələdiyyə Məclisinə qaytaracaq.

Marneuli merinin müşavirə orqanı “Vətəndaş Məsləhətçi Şurası” artıq büdcə layihəsini bəyənib.

“Xanım Larisa Qelaşvili iclasda Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsini təqdim edib və ətraflı şəkildə izahat verib. Büdcə ötən illərə nisbətən artırılıb və təxminən, 55 milyon 275,4 min lari olacaq”, – “Vətəndaş Məsləhətçi Şurasının” protokolunda qeyd olunub.

Meriya prioritetlərə əsasən vəsaitləri belə bölüb:
  • İnfrastrukturun inkişafı - 14 817 500 lari
  • Təmizlik və ətraf mühitin mühafizəsi - 3 275 000 lari
  • Təhsil - 4 922 000 lari
  • Mədəniyyət, İdman və Gənclər - 11 235 500 lari
  • Sağlamlığın mühafizəsi - 313 300 lari
  • Sosial Təminat - 2 703 000 lari
  • İdarəetmə və ümumi təyinatlı xərcləri - 17 485 900 lari
Büdcə layihəsinə görə, 2024-cü ildən meriya əməkdaşlarının maaşının 10% artırılması planlaşdırılır. Meriyanın 275 əməkdaşı üçün nəzərdə tutulmuş əməkhaqqı 2024-cü ildə 8 336 900 lari təşkil olacaq.

 

Print Email
FaceBook Twitter Google