Marneulinin 2024-cü il büdcəsinin ictimai müzakirəsi 22 noyabr tarixində baş tutacaq
Marneulinin 2024-cü il büdcəsinin ictimai müzakirəsi 22 noyabr tarixində baş tutacaq. Marneuli Bələdiyyə Məclisi tərəfindən yayımlanmış məlumata görə, ictimai müzakirə meriya binasında, böyük zalda, saat 12:00-da başlayacaq.

Marneuli Bələdiyyə Məclisinə büdcə layihəsi ilə əlaqədar qeydləri artıq göndərmək olar.

“Yerli Özünüidarə Məcəlləsi”-nin Gürcüstan Üzvi qanunun 91-ci maddəsinin birinci və ikinci bəndlərinə uyğun olaraq Marneuli bələdiyyəsinin 2024-cü il yerli büdcə layihəsini, sənədlərlə birlikdə ictimai müzakirə üçün təqdim edirik. Xahiş edirik, təklif və qeydlərinizi CLOAKING elektron poçtuna göndərəsiniz, yaxud yazılı şəkildə qeyd olunan ünvana gətirəsiniz: Marneuli şəhəri, Rustaveli küçəsi N73, birinci mərtəbə, Vətəndaş Şöbəsi. Qeydlər 2023-cü ilin 25 noyabr tarixinə qədər təqdim olunmalıdır”, – Marneuli meriyasının yayımladığı məlumatda qeyd olunub.

Marneuli meriyası büdcə layihəsini Bələdiyyə Məclisinə müzakirəyə göndərib. Bələdiyyə Məclisi layihə ilə əlaqədar müzakirə aparacaq və qeydlər olduğu halda meriyaya müraciət edəcək, qeydlərin düzəlişindən sonra isə meriya büdcə layihəsini Bələdiyyə Məclisinə qaytaracaq.

Marneuli merinin məşvərət orqanı “Məsləhətçilər Şurası” büdcə layihəsini artıq bəyənib.

“Xanım Larisa Qelaşvili iclasda Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsini təqdim etdi və ətraflı izahat verdi. Ötən ilə nəzərən büdcə artırılıb və təxminən 55 milyon 275,4 min lari təşkil edir”, – “Məsləhətçilər Şurası”-nın protokolunda yazılıb.

Prioritetlərə görə, meriya vəsaiti belə bölüb:
  • İnfrastrukturun inkişafı - 14 817 500 lari
  • Təmizlik və ətraf mühitin mühafizəsi - 3 275 000 lari
  • Təhsil - 4 922 000 lari
  • Mədəniyyət, idman və gənclər - 11 235 500 lari
  • Səhiyyə - 313 300 lari
  • Sosial təminat - 2 703 000 lari
  • İdarəetmə və ümumi xərclər - 17 485 lari
Büdcə layihəsinə əsasən, 2024-cü ildən meriya əməkdaşlarının maaşının 10% artırılması planlaşdırılır. Meriyanın 275 əməkdaşı üçün nəzərdə tutulmuş əməkhaqqı 2024-cü ildə 8 336 900 lari olacaq.

Print Email
FaceBook Twitter Google