Marneuli meriyası 2024-cü ildə ictimai nəqliyyat üçün 1 724 400 lari ayırıb – büdcə layihəsi
Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsinə görə, gələn il Marneuli meriyası bələdiyyə nəqliyyatının inkişafına 1 724 400 lari xərcləməyi planlaşdırır. Bələdiyyə nəqliyyatının inkişafı proqramına görə, proqram çərçivəsində Marneuli bələdiyyəsinin avtoparkının fəaliyyətinə dəstək olmaq məqsədi ilə ona subsidiya ayrılması, mövcud avtoparkın yenilənməsi həyata keçiriləcək.

Bələdiyyə nəqliyyatının inkişafı üçün ayrılmış 1 724 400 laridən 900 000 lari “Marneuli bələdiyyə avtoparkı” MMC-yə veriləcək.

“İndiki mərhələdə bələdiyyənin avtoparkının balansında 21 nəqliyyat vasitəsi var (Onlardan 17 avtobus, 4 mikroavtobusdur). Hazırda “Marneuli bələdiyyə avtoparkı” MMC 19 marşrutla 45 kəndə xidmət göstərir. İl ərzində daşınan sərnişin sayı təxminən 1 160 000 nəfər təşkil edir.

Proqram çərçivəsində Marneuli bələdiyyəsinin avtoparkının fəaliyyətinə dəstək olmaq məqsədi ilə ona subsidiya ayrılacaq”,
– bələdiyyə nəqliyyat sisteminin subsidiya proqramında yazılıb.

“Marneuli bələdiyyə avtoparkı”-na subsidiya ayrılması ilə yanaşı Marneuli meriyası 2024-cü ildə bələdiyyə nəqliyyatına subsidiya ayrılmasını da planlaşdırır. Yerli özünüidarə gələn il 824 400 lariyə əlavə 3 yeni avtobus almağı nəzərdə tutur.

Vətəndaşların 2023-cü ilin 25 noyabr tarixində qədər büdcə ilə əlaqədar qeydlərini təqdim etmək imkanı var. Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi haqqında məlumat verib. Məlumata görə, vətəndaşlar təklif və qeydlərini CLOAKING elektron poçtuna göndərə, yaxud yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərlər: Marneuli şəhəri, Rustaveli küçəsi N73, birinci mərtəbə, Vətəndaş Şöbəsi.

Büdcənin ilk ictimai müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində Marneuli meriyasında keçiriləcək. İctimai müzakirədə maraqlanan hər kəs iştirak edə bilər.

Print Email
FaceBook Twitter Google