Mədəniyyət, din, idman və gənclər istiqamətində 11 milyondan artıq vəsait nəzərdə tutulub
Marneulinin 2024-cü il büdcə layihəsinə görə, mədəniyyət, din, gənclərə dəstək və idman istiqamətində 11 235 500 lari nəzərdə tutulub.
  • İdman sahəsinin inkişafı – 7 890 500 lari (İdman müəssisələrinə dəstək – 2 050 000 lari; İdman tədbirlərinin maliyyələşdirilməsi – 90 000 lari, idman obyektlərinin təchizatı, bərpası – 5 750 500 lari;)
  • Mədəniyyət sahəsinin inkişafı – 3 085 000 lari (Mədəni qurumlara dəstək – 1 900 000 lari, mədəni sahə tədbirləri – 515 000 lari);
  • Mədəniyyət obyektlərin təchiz edilməsi, bərpası – 250 000 lari;
  • Dini və başqa növ ictimai fəaliyyətlər – 420 000 lari;
  • Tele-radio yayımlar və nəşriyyat işləri – 150 000 lari;
  • Gənclərə dəstək – 110 000 lari;
Mədəniyyət sahə müəssisələrinə dəstək proqramının açıqlama və məqsədində oxuyuruq ki, müxtəlif mədəni aktivliklərin təşkil edilməsi, həmçinin, şəhər və ölkənin xüsusi tarixlərinin qeyd olunması həyata keçiriləcək. Şəhər əhalisinə və ya qonaqlara rəngarəng göstərişlər təklif etmək. Mədəniyyə Mərkəzinin maddi-texniki bazasının təklifi və maksimum dəstək.

Fəxri vətəndaşların keçdiyi yolun qiymətləndirilməsi (yubileylər, görüşlər, xatirə günləri və s.). Gürcü mədəniyyətinin məşhurlaşdırılması və Marneulinin bu mədəniyyətin ənənə daşıyıcısı olan şəhər kimi ölkədən kənar, regionlarda tanıdılması. Proqram eləcə də Gürcüstanda olan və Marneuli bələdiyyəsinə məxsus mədəni (Novruz bayramı) tədbirlərin keçirilməsini (hədiyyə səbətləri, gül dəstələri, əklillər, dekoarisyaların sifarişi –alınması) nəzərdə tutur. Konsert üçün müğənnilərin səhnə və işıqlandırma-səsləndirmənin təmin edilməsi, onların quraşdırılması-sökülməsi.

Dini və başqa növ ictimai fəaliyyət proqramının məqsədində yazılıb ki, bələdiyyə ərazisindəki kilsə monastırlara və məscidlərə maddi dəstək üçün, konkret olaraq “Marneuli və Hucabi Eparxiyası” 400,0 min lari maliyyələşdiriləcək. Vəsait onların tam fəaliyyət göstərməsi və tarixi abidələrə qulluq göstərmə xərclərini təmin etmək üçün nəzərdə tutulub, 20,0 min lari isə dini müəssisələrin kommunal vergiləri üçün nəzərə alınıb.

Gənclərə dəstək

Proqramın izahı: Təsdiq edilmiş “Təşəbbüslərin qarşılıqlı maliyyələşdirilməsi və gənc ideyaların həyata keçirilmə qaydası” –na uyğun olaraq gənc ideyalar müsabiqəsi elan olunacaq. Müsabiqə yerli gənc təşkilatların, təşəbbüs qruplarının və fəal vətəndaşların təqdim etdiyi layihələrin maliyyələşdirilməsi üçün elan edilir. Marneuli Bələdiyyə Məclisi tərəfindən təsdiq edilmiş “Marneuli bələdiyyə ərazisində qeydiyyatdan keçmiş tələbələrin gediş haqqına yardım qaydası” və “Marneuli bələdiyyə ərazisində qeydiyyatdan keçmiş uğurlu tələbələrin həvəsləndirilmə qaydasına” uyğun olaraq tələbələrin həvəsləndirilməsi məqsədi ilə mer mükafatı veriləcək, özünüidarə tərəfindən akreditasiyadan keçmiş ali təhsil müəssisələrindəki fəal tələbələrin gediş haqqının təmin edilməsi və s.

İdman obyektlərinin təchizatı, bərpası, tikintisi - proqramla bələdiyyədə yeni idman obyektinin qurulması, 2024-cü ildə ən az 6 mini idman meydançasının tikintisi, işlərə nəzarətin həyata keçirilməsi nəzərdə tutulub.

Ətraflı buradan baxa bilərsiniz: LİNKƏ DAXİL OLUN

Vətəndaşların 2023-cü ilin 25 noyabr tarixində qədər büdcə ilə əlaqədar qeydlərini təqdim etmək imkanı var. Marneuli Bələdiyyə Məclisi 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi haqqında məlumat verib. Məlumata görə, vətəndaşlar təklif və qeydlərini CLOAKING elektron poçtuna göndərə, yaxud yazılı şəkildə qeyd olunan ünvana gətirə bilərlər: Marneuli şəhəri, Rustaveli küçəsi N73, birinci mərtəbə, Vətəndaş Şöbəsi.

Büdcənin ilk ictimai müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində Marneuli meriyasında keçiriləcək. İctimai müzakirədə maraqlanan hər kəs iştirak edə bilər.


Print Email
FaceBook Twitter Google