Meriyanın 2024-cü ildə maliyyələşdirəcəyi səhiyyə istiqamətləri
Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsində səhiyyə və sosial təminat istiqamətinə 3 016 300 lari ayrılıb. Büdcə layihəsinə görə, vəsait belə bölünüb:
  • Sosial təminat – 2 703 000 lari
  • Xəstələrin sosial təmnatı – 200 000 lari
  • Ailələrin və uşaqların sosial təminatı – 700 000 lari
  • Ritual xidmətləri – 3 000 lari
İctimai səhiyyə və təhlükəsiz mühitin təminat proqramında oxuyuruq ki, bələdiyyənin ictimai səhiyyə sistemi qarşısında duran məqsədlərin həyata keçirilməsi reallığa yanaşmaların yenidən düşünülməsini, radikal dəyişiklikləri tələb edir. İctimai səhiyyə problemlərinin həlli əhaliyə xidmətin rəngarəngliyindən, mövcud şəraitə adaptasiya edilməsindən, sağlamlıq üçün gözlənilən təhlükələr və risklərin aradan qaldırılmasından ibarətdir. İctimai səhiyyə sahəsində özünüidarə vahidlikləri bunlardır: a) Təhsil, tədris-tərbiyə müəssisələrində sanitar-gigiyenik normalara riayət olunmasına nəzarət edilməsi; b) Bələdiyyə ərazisində xəstəliklərin yayılmasının aradan qaldırılması məqsədi ilə deratizasiya, dezinseksiya və dezinfeksiya tədbirlərinin təşkil edilməsi və s.

Xəstələrin sosial təminatı proqramına əsasən, proqram çərçivəsində Bələdiyyə Məclisinin “Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramının təsdiqlənməsi haqqında” 2019-cu il 11 mart N9 sərəncamı əsasında, Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş vətəndaşlara tibbi (əməliyyat, dərmanlar və s.) yardım göstərilməsi”.

Ailə və uşaqların sosial təminat proqramında yazılıb ki, Bələdiyyə Məclisinin “Marneuli bələdiyyəsinin sosial və səhiyyə proqramının təsdiqlənməsi haqqında” 2019-cu il 11 mart N9 sərəncamı əsasında Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş vətəndaşlara birdəfəlik, eləcə də aylıq maddi yardım nəzərdə tutulub.

Ritual xidmətə görə, “Vətənin müdafiəsi zamanı həlak olanların və müharibədən sonra həlak olan döyüşçülərin xatirəsinin ölməzliyi haqqında”, “Məcburi Köçkün Şəxslər – Qaçqınlar haqqında” Gürcüstan qanunu ilə müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Konkret olaraq, proqram şəxsin dünyasını dəyişən gündən 30 gün ərzində müraciət zamanı, ikinci dünya müharibəsinin iştirakçısı, Gürcüstanın ərazi bütövlüyü üçün mübarizə aparmış, məcbur köçkün şəxslər – qaçqınlar və dünyasını dəyişmiş sahibsiz şəxslərin dəfn edilməsi üçün ritual xidməti xərclərinin 250 lari dəyərində vəsaitlə təmin edilməsini nəzərdə tutur.

Büdcənin ilk ictimai müzakirəsi 2023-cü ilin 22 noyabr tarixində, Marneuli meriyasında keçirilib.

Vətəndaşlar 2023-cü ilin 25 noyabr tarixinə qədər büdcə ilə əlaqədar qeydlər göndərə bilərlər.

Print Email
FaceBook Twitter Google