Marneulidə 8 küçədə kanalların bərpası üçün elan edilmiş 387 655 lari dəyərində tender baş tutmayıb
Marneuli bələdiyyəsində 8 küçədə kanalların bərpası üçün elan edilmiş tender baş tutmayıb. Yerli özünüidarə Marneuli ərazisindəki suvarma kanallarının bərpasına 387 655 lari ayırıb.

Qeyd olunan vəsaitlə Tsereteli kəndində (məktəb ərazisi), Marneulinin Ağmaşenebeli, Vaja-Pşavela, Lermontov, Yağlıca, Tbilisi, Lağidze və 20 yanvar küçərlərindəki suvarma kanallarının bərpası planlaşdırılırdı.

Meriya kanalların bərpası üçün 2023-cü ilin büdcəsindən vəsait nəzərdə tutub.

Yerli özünüidarənin həmin xidmət üçün yeni tenderi nə zaman elan edəcəyi hələ ki, məlum deyil.

Print Email
FaceBook Twitter Google